Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
14/02/2015

Çingiz Abdullayev: “O adamı döyecekdim, Anar qoymadı” – MƏKTƏB İLLƏRİ

Çingiz Abdullayev: “O adamı döyecekdim, Anar qoymadı” – MƏKTƏB İLLƏRİ


14.02.2015 / 12:48 xeber –

“Vaxt vardı “rüşvətdi” deyib gül almayan müəllim, bu gün siyahı tutub şagirdlərdən pul yığır”

Məktəb illəri”nin növbəti qonağı Çingiz Abdullayevdir. İki yüzə yaxın kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı. Təqdimatı uzatmaq da olar. Çünki o, həm də hüquqşünasdır. Amma biz bu gün məktəbli Çingizdən danışacağıq. Təmtəraqsız, sadə…

 

 

Məktəbə 1966-cı ildə gedib. Bakının 189 saylı orta məktəbinə. Təhsili rusca alı. 49 il əvvəli belə xatırlayır.

 

 

– Balaca uşaq idim. Anam gətirdi. Mən kitab oxumaq istəyirdim. Bədii. Yadımdadı, kitabı da özümlə aparmaq istədim, qoymadılar. Düzdü, sonralar aparırdım da. Müəllimlər də əlimdən alırdılar. Dərsdə bədii kitab oxumayım deyə. İlk dərs günü bufetdə xərcləyim deyə, 20 qəpik pul vermişdilər. O vaxt üçün çox böyük pul idi bu. Və mən bufetdə 20 qəpiyin hamısını xərclədim.

 

 

– Neçənci partada oturudunuz?

 

 

– Ən axırda tək. Boyum hamıdan hündür idi. Uşaqlara mane olmayım deyə, on il ən arxa partada oturdum. Universitetdə də.

 

– Bu sizdə kompleks yaratmırdı?

 

– Əksinə, bütün qızlar, oğlanlar mənə hörmət edirdilər. Sinifdə üzümü də hamıdan birinci mən qırxmışam. Yeddinci sinifdə.

 

 

Və ilk müəlliməsindən danışır. Yevgeniya Petrovna Vaysberqdən.

 

 

– Yəhudi idi. Xasiyyəti çox tünd. Bir şey xoşuna gəlməyəndə döyürdü uşaqları. Qulaqlarını bururdu uşaqların. Mənim qulağımı burmayıb amma.

 

 

– Çingiz Abdullayev necə şagird olub?

 

 

– Heç kəsə qulaq asmayan. Həmişə öz fikrim vardı. İndi də eləyəm. Tale elə gətirdi ki, məni 30 yaşımda Azərbaycan Yazıçılar Birliyinə katib seçildim. Hələ də burda çalışıram. Bizdə generallar çoxdu, maşallah, nazirlər də. Xalq yazıçıs cəmi 6 nəfərdir. Mən fəxr edirəm ki, Azərbaycan ədəbiyyat tarixində yeganə yazıçıyam ki, 45 yaşımda xalq yazıçısı olmuşam. Buna baxmayaraq, mən min il çalışmalıyam ki, Səməd Vurğun səviyyəsinə çatım. Çox adam da bilir ki, mən Azərbaycandan pul da almıram. Hamısını köçürürəm uşaq evlərinə. Burdan maaş da almıram. Burda yeganə adamam ki, hökumət maşınından da imtina etmişəm. İyirmi ildi. Müşavirin də burda xidməti maşını var, “zavxoz”un da. Mənə lazım deyil. Öz maşınlarımla gəzirəm, öz sürücülərim var. Mən sərbəstəm. Uşaqlıqdan belə olmuşşam. Əgər belə olmasayadım, kitablarım da oxunmazdı. Oxucular görsələr ki, kimdənsə qorxuram, kimdənsə asılacağım var, kitablarımı oxumazdılar.

 

 

 

-Döyülmüşünüz?

 

 

 

– Məktəbdə yox, amma həyətdə bir oğlan məni və məndən iki yaş kiçik qardaşımı döyürdü. Hər dəfə həyətə çıxanda bizə toxunurdu, sonra döyürdü. Axırda başa düşdük ki, biz bacarmayacağıq. Bizdən 4-5 yaş böyük idi. Qardaşımla birləşib onu blokda yaxşıca döydük. Ondan sonra bir daha bizə əl vurmadı. Mən o vaxtdan bildim ki, pis adamlarla danışmaq mənasızdır. Ruslar demiş, “Dobro doljna bıt kulakamı”. Bəzi əclafa silllə vuranda, o daha yaxşı başa düşür, nəinki çox söz deyəndə.

 

 

– Dalaşqan olmusunuz…

 

 

 

– Dalaşmağı indi də sevirəm. Təəssüflər olsun ki, indi qoymurlar. Elə adamlar var ki, döymək lazımdır.

 

 

 

– Kim qoymur?

 

 

– Anar müəllim. Bir dəfə onun kabinetində istəmişəm özünü pis aparan bir nəfəri döyəm. Anar qoymadı.  Və inandırım sizi ki, döyərdim də. Bəlkə də Anar düz elədi qoymadı. Sonra başa düşdüm ki, mən düz eləmirəm. Çünki mənim boyum 1.87, onun boyu isə mənim belimdən, 1.57 idi. Üstəlik mən yüz kiloyam, o qırx kilo (Gülür).

 

 

– Hələ də görüşdüyünüz sinif yoldaşlarınız var?

 

 

– Var. Eləsi var, hətta bizim uşaqlarımız da bir sinifdə oxuyub.

 

 

– Məktəb illəri necəydi?

 

 

– Çox gözəl illəriydi. Evimiz “Azərnəşr”lə üzbəüz idi. Orada çox tanınmış insanlar yaşayırdı. Nazim Hüseynov, görkəmli dramaturq Ramiz Fətəliyev, Mərkəzi Komitədə işləyən Fərid Musabəyov, dahi bəstəkarımız Fikrət Əmirov… Məktəbin zəngi vurulub bitinə qədər, mən evdən məktəbə çatırdım. Orada üç məktəb bitişik idi. Bülbül adına Musiqi Məktəbi, 190 saylı məktəb və bizim məktəb. Məktəbimizin sağ tərəfində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binası yerləşirdi. Atam da heyətin sədri idi. Və öz kabinetindən baxanda, bizi görə bilirdi. Tənəffüs olanda qardaşımla qaçırdıq ora. Onun katibələri bizə çay, bulka verirdi. Məktəbi xoşlayırdım, amma kitab oxumağı daha çox xoşlayırdım. Olimpiadalarda birinciliklərim çox olub. Amma dərsləri xoşlamırdım. Mənə insanlarla ünsiyyətdə olmaq maraqlıydı, müəllimlərlə yox. Beşdə oxuyanda, onuncu sinfə qədər olan tarix kitablarını artıq oxumuşdum. Tarixdən bir dənə də olsa, dördüm olmayıb. Hamısı “əla” idi. Tarix, ədəbiyyat və coğrafiya sevdiyim fənlər olub. Yəqin buna görə də, hüquqşünas oldum. Riyaziyyat, fizikadan da olimpiadada birinciliklərim olurdu. Amma xoşum gəlmirdi o fənlərdən. Səhərdən axşamacan axırıncı partada oturub kitab oxuyurdum.

 

 

 

-Oxumağa neçə yaşınızdan başlamısınız?

 

 

– Beş. Bəlkə də dörd. Məktəbə gedəndə hardasa 50-ə yaxın uşaq kitabı oxumuşdum. “Qulliverin səyahəti”, “Robinzon Kruzo”, “Don Kixot”… Atam Naxçıvan Muxtar Respublikasının, Bakı Şəhərinin prokuroru olub. Sonra Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri işlədi. Evdə çox zəngin kitabxanamız vardı.

 

 

 

Sinifdə 35 şagird olduqlarını deyir. Və başlayır adlarını bir-bir sadalamağa.

 

 

 

– SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, görkəmli həkimimiz Fərid Mahmudov, Moskvada işləyən Vladimir Qromov, Kosmik İnstitutda işləyən Yulian Podqornıy… Hamısının adı və familiyası yadımdadır. Gələn il 40 il olacaq ki, məktəbi bitirmişik. Gələn il həm də dostluğumuzun 50 ili olacaq. Amma bizlərdən heç kim özünü digərindən yuxarı tutmur. Biz dostuq, uşaqlıq dostu. Görüşəndə uşaqlıq illərimizi xatırlayırıq. Mən dostlarımla fəxr edirəm!

 

 

 

– O illərdən ən yadda qalan bir xatirənizi bizimlə bölüşərdiniz.

 

 

 

– Futbol Assosiasiyası düzəltmişdik. Stolüstü futbol üzrə məktəblərarası ciddi çempionatlarımız olurdu. Universitetdə oxuyanda da futbol komandamız vardı. Qapıçımız indiki Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev, müdafiəçimiz milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Əli Şəfiyev, o biri müdafiəçimiz ağır cinayətlərin sədri Mahmud Nəbiyev, kapitanımız “Standart holdinq”in vitse-prezidenti Rəhman Babayev, hücumçumuz Moskvada çox tanınmış biznesmen Natiq Ağamirov və başqaları olub. Komandanın prezidenti mən idim. Mən görürdüm ki, uşaqlar məndən qat-qat yaxşı oynayırlar. Əslində, hansı mövqedə istəsəm oynaya bilərdim. Amma oynamırdım. Sizə bir sirr açım, üstündən 40 il keçib, danışmaq olar. Hərdən pulla da oynayırdıq. Yaxşı pul qoyurduq. Təbii ki, mən istəyirdim ki, biz udaq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da tələbə yoldaşım olub. O vaxt dərsdə vaxtı ləngitmək lazım idi. Mən də durub müəllimə ingilis konstitusiyasından danışmağa başladım. Bir saat danışandan sonra müəllim dedi ki, çox sağ ol, amma İngiltərədə konstitusiya yoxdu axı. Bir saat danışdın, bizi ləngitdin. 34 ildir “Çingiz” deyilən kimi Fuad bunu hamıya danışır. Nəinki Azərbaycanda, xaricdə də (Gülür).

 

 

 

– Dərsdən qaçmısınız?

 

 

– O qədər. O vaxtların məşhur “Bitls” qrupu vardı. Uzun saç saxlayırdılar. Məktəbdə də təbii ki, icazə vermirdilər. Bir gün dərsə uzun saçla gəldik. Bizi dərsdən qovdular ki, hamınız getməlisiniz bərbərxanaya. Mən və Elşad qaçdıq, başımızı qırxdırmadıq. O birilər məcbur oldular getdilər bərbərxanaya. Onlar da protest olaraq olaraq, başlarını keçəl qırxdırdılar. On dördü də. Qızlar gülməsin deyə, dərsdə papaqda oturdular. “Zavuç” gələn kimi qışqırdı ki, papaqlarını çıxarın. Sonra mən konkurs keçirib 14 nəfər arasından ən gözəl keçəli seçdik. Ən maraqlısı budur ki, üstündən 50 il keçib, o 14 nəfərin hamısının saçı qalıb. Amma iki nəfər ki, o vaxt saçını qırxdırmamışdı, indi onlar keçəldilər. Mənlə Elşad. Allah bizin cəzamızı verib (Gülür).

 

 

 

– Eşq, məhəbbət?

 

 

– Bir qızdan xoşum gəlirdi. Sonra dostuma ərə getdi. İndi Volqoqradda yaşayırlar.

 

 

Müsahiblərim adətən son zəngindən danışanda “sadə” deyirlər. Xalq yazıçısının isə “Son zəng” deyəndə gözləri gülür.

 

 

– Heç vaxt yadımdan çıxmaz. Həmin il məktəbimizdə bütün məzunlara metroya pulsuz bilet verdilər. Səhərəcən harasa istəsək pulsuz gedə bilək. Yeyib-içəndən sonra gəldik metroya. İndiyə qədər bilmirəm ki, hansı stansiya idi, çıxdıq ki, heç kim yoxdu. Havayıdır deyə gəzirdik.

 

 

 

Sonda ənənəvi sual. O vaxtkı təhsillə indiki təhsil arasındakı fərq.

 

 

– 25 il bundan əvvəl bir söz demişəm. İndi də deyirəm. Dünyada yeganə millətik, müəllimlərə pul veririk ki, bizi öyrətməsin. Xahiş edirəm, al bu pulu, uşağa beş yaz, qoy, axmaq qalsın. Öyrətmə. Ermənilər də pul verir, ingilislər də, ruslar da. Amma onlar pul verirlər ki, müəllim daha yaxşı öyrətsin. Mən uşaqlar tanıyıram ki, beş il universitetə getməyib. Pul göndəriblər. 50-60-cı illərdə rektorlar ciblərindən pul verirdilər ki, uşaqlar oxusun. İndi bəziləri fikirləşirlər ki, necə pulları yığaq? Bir vaxtlar müəllim ən hörmətli söz olub. Kənddə ən hörmətli söz müəllimlərin olardı. İndi gülməlidir. Müəllim sözünü lağ-lağaya qoyurlar. O vaxt şagirddən “rüşvətdi” deyib gül almayan müəllim, bu gün siyahı tutub şagirdlərdən pul yığır. Bilirsiniz nəyə görə belə olub? Çünki Allahsız yaşayırıq. Heç nə qalmayıb. Nə vicdan, nə ləyaqət, nə Allah. Əgər heç nə yoxdursa, onda hər şey eləmək olar. 17-ci ildə SSRİ-də inqilab olanda bizə elan elədilər ki, Allah yoxdur. 70 il cəmiyyət Allahsız yaşadı. Düzdü, ədəbiyyat vardı, namus, qeyrət vardı. Özünü nalayiq aparmazdılar. Utanardılar. 91-də SSRİ dağılandan sonra bizə dedilər ki, Allah da yoxdu, vicdan da. Biz başladıq Allahsız, vicdansız yaşamağa. Son 10 ildə də bizə deyirlər ki, ləyaqət kimə lazımdı? Əsas puldu. Pul oldu, hər şey olacaq. Pul yoxdu, sən heç kəssən. Biz indi belə yaşayırıq. 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti