17:38 xeber – Ukraynada öldürülən azərbaycanlıların cinayət işləri Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən izlənilir.
Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu il iyunun 25-də Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilmiş 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və bu ilin 17 avqustunda Xerson şəhərində qətlə yetirilmiş 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşı Tağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən izlənilir.
Qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş prokurorluğuna müraciətlər göndərilib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Xatırladaq ki, Azərbaycan diasporasının rəhbərlərindən biri Tağıyev İlham Tağı oğlu Ukraynanın Xerson vilayətində öldürülüb.
İlham Tağıyevin meyiti ona məxsus “Mercedes” markalı avtomobildə aşkar olunub.
Polisin ilkin ehtimalına görə, naməlum şəxslər Tağıyeva Berislav şossesində o qaraja gedərkən hücum ediblər. Diaspora rəhbərinin başına küt alətlə 3 zərbə endirən cinayətkarlar, onu maşından çıxaraq döyüblər. Nəticədə tağıyevin 3 qabırğası sındırılıb. İ.Tağıyevi qətlə yetirdikdən sonra naməlum şəxslər onun üzərindən evinin açarlarını götürürək mərhumun evini qarət ediblər. Hazırda evdən nə qədər pul və zinət əşyasının götürüldüyü məlum deyil.
Hadisə baş verərkən öldürülən şəxsin həyat yoldaşı və qızı Azərbaycanda olub. Mərhumun oğlu isə Ukraynanın paytaxtı Kiyevdə yaşayır.
İlham Tağıyevin qətlə yetirldiyi yer
mənbə :
anspress