00:02 xeber – Yunanıstanın baş naziri Aleksis Siprasistefa verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə yerli telekanallar məlumat yayıb. Siprasın istefa verməsinə səbəb “Siriza” partiyasının 35-dən çox üzvünün Yunanıstana beynəlxalq kreditorlar tərəfindən 86 mlrd avro dəyərində təklif olunacaq 3-cü yardım paketinin qəbul olunmasının leyhinə səs verməsi olub.
Britaniyanın “The Guardian” qazetinin verdiyi məlumatda deyilir ki, Sipras prezident seçilərsə, onun keçmiş vəzifəsini müvəqqəti olaraq ali məhkəmənin prezidenti Tan Kristofil icra edəcək.
Ekspertlər hesab edir ki, Sipras seçkilərdə onun partiyasının qələbə qazanmağına çox ümid bəsləyir. Amma parlamentə isə yalnız partiyanın indiki siyasətini dəstəkləıyən üzvlər daxil olacaq. Ölkədə aparılan sorğular da Seçkilərdə Siprisin partiyasının qələbə çalacağının gözlənilən olmasını təsdiq edir.
Yunanıstanın Energetika naziri Panaqiotis Skurletis deyir ki, parlamentin aparıcı partiya üzvlərinin Siprası dəstəkləməməsi artıq onun faktiki olaraq çoxluğun dəstəyini itirməsi deməkdir.
mənbə :
anspress