12:08 xeber – Kaman ustası Habil Əliyev evə buraxılıb.
Bunu ANS PRESS-ə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sədaqət Bəxri bildirib.
Onun sözlərinə görə, Habil Əliyev səhhətinin normal olduğunu, evə getmək istədiyini bildirib. Həkimlər, xalq artistinin səhhətini müayinə edərək xəstəxanadan çıxması üçün heç bir problem olmadığnı müəyyən ediblər. Buna görə də Habil Əliyev öz istəyi ilə evə buraxılıb.
Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva da ANS PRESS-ə açıqlamasında kaman ustasının vəziyyətinin yaxşı olduğunu, müalicəsini evdə davam etdirdiyini bildirib.
“Kliniki Tibbi Mərkəzin iki həkimi gecə-gündüz bizim evimizdə yoldaşımın səhhətinə nəzarət edir. Mənim qızım da kordioloq həkimdir. Ona görə də hazırda heç bir narahatçılıq yoxdur.”-deyə Şərqiyyə Əliyeva əlavə edib.
89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
mənbə :
anspress