17:57 xeber – Moskvada keçirilən Atəşfəşanlıq Festivalı maraqlı görüntülərlə yadda qalıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Moskva çayının kənarında dünən gecə saatlarında start alan I Beynəlxalq Pirotexnika festivalı paytaxt sakinlərinə unudulmaz anlar yaşatdı.
Belarus, Çex Respublikası, İtaliya, İspaniya, Finlandiya, Çin, Çili və ev sahibi Rusiyanı təmsil edən 8 komandanın yarışdığı festival elə ilk günündə bir-birindən maraqlı atəşfəşanlıq şouları ilə yadda qaldı. Hər gün 4 komandanın musiqi sədaları altında nümayiş etdirdiyi atəşfəşanlıqlar Moskva çayının sularına da əks olunması yarışmaya ayrı bir gözəllik verirdi.
İki gün davam edəcək festivalda ümumuilikdə 30 min pirotexniki vasitədən istifadə ediləcək. Festival sonunda isə qaliblər elan ediləcək.
mənbə :
anspress