03:35 xeber – Böyük Britaniyada keçirilən Şorhem aviaşousunda qəzaya uğrayan təyyarədə 7 nəfər həlak olub və 15 nəfər yaralanıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rəsmilər bildirir ki, ölü sayı 11 nəfəri keçə bilər.
“Hawker Hunter” bombardmançı təyyarəsi ilə “ölü ilgək” şousu göstərmək istəyən pilot hesabı düz götürmədiyindən aviaşounun keçirildiyi meydanın 1 kilometrliyindən keçən yolla hərəkət edən avtmobillərə dəyib. Hadisə zamanı 4 avtomobil zərər görüb.
Qəzanın baş vermə anı
Aviaşounun keçirildiyi meydanda 20 mindən çox izləyici olub.
Qəza zamanı pilot katapultdan istifadə etməklə ölümdən canını qurtarıb. Hadisədən sonra o reanimasiyaya yerləşdirib və hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəzadan sonra hadisə yeri
Qəzanı törədən təyyarə 1950 ci illərdə qalma “Hawker Hunter” tipli hücum təyyarəsidir. Şorhem aviaşousunda bundan əvvəl 2007 ci ildə sentiyabr ayında oxşar qəza baş verib.
Jems Bonddun çəkildiyi filmlərdə dublyorluq edən Brian Brovn idarə etdiyi İkinici Dünya Müharibəsindən qalma “Hurrikane” tipli təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib.
mənbə :
anspress