24.08.2015 / 12:27 xeber –
Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, avqustun 23-də saat 22:45 radələrində naməlum şəxs İ.İsmayılov küçəsində Mahirə Talışınskiyə hücum edib. Qadına qarşı zorakılıq tətbiq edən həmin şəxs içərisində 160 manat pul, 2 telefon, şəxsiyyət vəsiqəsi və açarlar olan əl çantasını qadının əlindən alaraq qaçıb.
35-ci Polis Bölməsinə müraciət edən M.Talışinski ona hücum edən kişini tanımadığını qeyd edib.
Araşdırmalar davam etdirilir.
mənbə :
lent.az