25.08.2015 / 03:11 xeber –
Bakı-Tblisi-Ərzurum qaz borusunda partlayış baş verib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın PKK terrorçularının hücumu nəticəsində törədildiyini bildirib.
“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, deyə Günay Özdəmir bildirib.
Hazırda qaz borusu ilə qazın nəqli dayandırılıb.
mənbə :
lent.az