25.08.2015 / 21:12 xeber –
Sumqayıtda intihar cəhdinin qarşısı alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Həmin şəxs sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
mənbə :
lent.az