08:31 xeber – Türkiyədə müvəqqəti hökuməti qurmaqla vəzifəli olan Əhməd Davudoğlu bu gün AKP-dən 11, CHP-dən 5, MHP-dən və HDP-dən 3 millət vəkilinə nazir olduqlarını bildirən məktub yollayacaq. Azadlıq.az xəbər verir ki, anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, məktublar bu gün yerli vaxtda saat 11.00-də (Bakı vaxtıyla 13.00) xüsusi kuryer vasitəsilə millət vəkillərinin parlamentdəki xidməti otağına göndəriləcək. Məktublar göndərildikdən sonra baş nazirin müşaviri məktub yazılan millət vəkillərinin şəxsiyyəti barədə mətbuata açıqlama verəcək.
Məktubda maraqlı məqamlardan biri də baş nazirin həmin millət vəkilini nazirlər kabinetinin üzvlüyü üçün sadəcə dəvət etməsidir. Yəni onlara hansı nazirliyin təklif olunduğu məktubda açıqlanmayıb.
Məktuba müsbət cavab verən millət vəkilinə daha sonra hansı nazirliyin təklif olunacağı baş nazir tərəfindən açıqlanacaq.
Hazırda Ankara kulvarlarında isə hazırda, müvəqqəti hökumətdə iştirak etməyəcəyini açıqlayan CHP və MHP-dən kimə məktub göndəriləcəyi müzakirə olunur. İddialara görə baş nazir Davudoğlunun hökumət üzvlüyü təklif edəcəyi şəxslər areasında CHP-dən DənizBaykalvə MHP-dən Tuğrul Türkeş (Mərhum Alparslan Türkeşin oğlu) də var.
mənbə :
anspress