10:53 xeber – Almaniyada müalicə alan Hacı Nuran Hüseynov reanimasiyaya yerləşdirilib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, vəziyyəti pisləşən tanınmış teleaparıcı hər an həkim nəzarətindədir.
Hacı Nuran bu barədə sosial şəbəkədə yazıb: “Artıq bir müddətdir ki, məni reanimasiya şöbəsinə yerləşdiriblər. Bir dəqiqə məni görmək üçün Bakıdan çox sevdiyim vəfalı dostlarım gəldi”.
Sevilən aparıcı dünənki statusunda səhhətinin daha da pisləşdiyini bildirmişdi: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.
Hacı Nuran Hüseynovun sosial şəbəkədə paylaşdığı status
mənbə :
anspress