26.08.2015 / 14:10 xeber –
Tanınmış “N-brothers” qrupunun üzvləri dəyişib. Bu barədə Lent.az-a qrupun prodüseri Namiq Qafarov məlumat verib. O bildirib ki, qrupa yeni ifaçılar qəbul olunub: ““N brothers” qrupu on altı ildir ki, fəaliyyət göstərir. Qrupun köhnə tərkibi ilə yollarımızı ayırmalı olduq. Belə ki, qrupumuzun üzvü Anar ailə qurub başqa ölkədə yaşayası oldu. Digər üzvümüz Aydın əsgər getdi. Nicat Gözəlov isə solo karyera qurmaq qərarına gəldi. Yeni heyətdə İsmayıl, Tərlan və Aydın adlı ifaçılar olacaq. Qrupumuzun yeni tərkibi ilə 5 mahnı yazmışıq. Bəstələrin ikisi tam hazırdır. Digərləri isə aranjemandadır”.
mənbə :
lent.az