21:14 xeber – Saksoniya sakinləri Angela Merkeli immiqrantlarla bağlı siyasətinə görə fitə basıblar.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatna görə, Şərqi Almaniyanın Xaydenau şəhərinin sakinləri Almaniya kansleri Angela Merkeli narazılıqla qarşılayıblar. Buna Merkelin Almaniyaya gələn müsəlman mühacirləri haqqında dediyi fikirlər yol açıb.
“Biz başqalarının ləyaqətini alçaldan şəxslərə qarşı səbr nümayiş etdirmirik və lazım gələn hallarda insanlara kömək etməyə hazırıq”, – deyə Merkel bildirib.
Almaniya kansleri Xaybanda baş verən hadisələrə də münasibət bildirib. O bu hadisələri biabırçı və iyrənc adlandırıb.
Almaniya mətbuatının yazdığına görə, Merkel hökuməti Afrikadan və Yaxın Şərqdən gələn mühacir axını ilə üzləşən ölkələrə yarım milyard məbləğində artırmağı qərara alıb. Almaniya Avropada ən böyük mühacir axını kvotası olan ölkədir. Bu il 800 000 nəfər mühacirin bura axın edəcəyi gözlənilir.
Bu ilin sonuna kimi Almaniyanın büdcəsindən ən azı 3 milyard avronun immiqrantlarının qəbuluna pul ayırılacaq. 2016-cı ildə bu ölkəsinin mühacir büdcəsi iki dəfə artıraraq 6 milyard avroya çatacağı bildirilib.
Anjela Merkel mətbuat qarşısında
Saksoniya xalqı etiraz edir
mənbə :
anspress