08:55 xeber – Türkiyənin tanınmış aktyoru, Azərbaycanda da kifayət qədər tanınan Şənər Şənin anası dünyasını dəyişib. Azadlıq.az xəbər verir ki, anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, uzun müddətdir xəstəliyi səbəbindən müalicə olunduğu xəstəxanada vəfat edən Mürvət Şən dünən torpağa tapşırılıb. Cənazə mərasimində Şənər Şənin aktyor və müğənni dostları da iştirak ediblər. Mürvət Şən Zincirkuyu məzarlığına aid məsciddə qılınan cənazə namazından sonra həmin qəbristanlıqda basdırılıb.
Aktyor Şənər Şən
Klassik və müasir türk filmini öz həyatında ustalıqla birləşdirən Şənər Şən eyni zamanda məşhur aktyor Əli Şənin oğludur.
mənbə :
anspress