27.08.2015 / 12:34 xeber –
Ali təhsil müəssisələrinə I mərhələdə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat müddəti bu gün bitir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı bu gün saat 17:00-da başa çatacaq.
Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməsələr bu, abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
mənbə :
lent.az