13:38 xeber – Sentyabrın sonlarından etibarən növbədə duran əlillərə avtomibillərin verilməsinə başlanacaq.
Bu barədə ANS PRESS-ə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev məlumat verib. Onun sözlərinə görə, ümümilikdə 400 ədəd avtomobilin verilməsi nəzərdə tutulub. Bunlardan 100 ədədi sentyabrın-15-ə kimi gətiriləcək. İlin sonuna kimi isə avtomobillər sahiblərinə növbəli şəkildə təqdim olunacaq.
Əlillərə veriləcək avtomobillər
Elman Babayev onu da əlavə edib ki, avtomobil alacaq əlillərin siyahısı nazirliyin saytında yerləşdirilib.
mənbə :
anspress