18:32 xeber – Tarif Şurasının dərman vasitələrinin qiymətləri ilə bağlı son qərarından sonra paytaxt apteklərində bir sıra dərmanları tapılmamasının səbəbi məlum olub.
ANS PRESS əməkdaşının Bakıda fəaliyyət göstərən apteklərdəki əczaçılarla söhbəti zamanı məlum olub ki, əslində həmin dərmanlar heç də yoxa çıxmayıb.
Dərman vasitələrinin tapılmamasının səbəbi dərmanlara yeni qiymətlərin müəyyən edilməsidir. Belə ki, yeni qaydaların tətbiqi üçün dərmanlar firmalara qaytarılıb.
Əczaçıların sözlərinə görə, xüsusi dərmanlar da var ki, onların idxalı dayandırılıb. Bura ən çox psixatrop maddəli dərmanlar daxildir. Həkim resepti olmadan apteklərdən dərman vasitələrini almaq istəyən alıcılara isə belə dərmanlar verilməyəcək. Yalnız baş və sahə həkimlərinin imzaları və ştampları olan reseptlər təqdim olunduqdan sonra xüsusi dərmanlar alıcılara satılacaq.
Paytaxt sakinləri də apteklərdə dərmanların tapılmamasından narazıdır. Sakinlərin sözlərinə görə, apteklər arasında dərman vasitələrinin qiymətlərində hələ də fərq var. Hələlik isə bir dərman şəhər apteklərində müxtəlif qiymətlərə satılır.
Dərman vasitələri
Tarif Şurasının son iclası zamanı verilən qərara əsasən 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
DƏRMAN VASİTƏLƏRİNİN MÖVCUD VƏ TARİF (QİYMƏT) ŞURASI TƏRƏFİNDƏN TƏSDİQ EDİLMİŞ QİYMƏTLƏRİNİN MÜQAYİSƏLİ CƏDVƏLİ
mənbə :
anspress