20:25 xeber – Risklərin araşdırılması və analizi ilə məşğul olan beynəlxalq reytinq agentliyi “Moody’s” hesabatında Türkiyədə təkrar seçkilərin ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini açıqlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məhz bu səbəbdən beynəlxalq reytinq agentliyi qonşu ölkənin kredit reytinqini “neqativ” qiymətləndirib.
Şirkət mütəxəssislərinin fikrincə, təkrar seçkilər iqtisadi siyasətin ardıcıl aparılmasını, iqtisadi islahatların keçirilməsini ləngidir.
Onlar seçkilər arasında bu qədər qısa vaxt fərqinin olmasını mənfi hal kimi qiymətləndiriblər. “Seçkilərin ardıcıl olaraq keçirilməsi ölkədə siyasi qeyri-müəyyənliyi uzadacaq. Bu səbəbdən xarici əlaqələri yenidən bərpa etmək, investisiya şəraitini yaxşılaşdırmaq və inkişafı getdikcə zəifləyən iqtisadiyyatı təkrar canlandırmaq üçün yeni iqtisadi siyasət tətbiq etmək lazım gələcək”, – deyə hesabatda bildirilib.
“Moody’s” açıqlamasında artan geosiyasi risklərin, bazarlardakı durğunluğun maliyyə stabilliyini pozduğunu da vurğulayıb.
mənbə :
anspress