01:49 xeber – Ancelina Coli və Bred Pitt bu ilin sonunda Londona köməyi qərara alıblar.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, cütlük Londonda özlərinə malikanə almaq niyyətindədirlər. Buna səbəb isə Colinin Xarici İşlər Nazirliyi ilə BMT-nın səfiri kimi sıx əlaqələrinin olması göstərilir.
Anjelina Coli və Bred Pitt
Cütlük artıq özlərinə çox gözəl malikanə tapıblar. Lakin malikanəni almaqdan imtina ediblər. Buna səbəb isə malikanənin qiyməti olub. Belə ki mülkün qiyməti 39 milyon dollar olub. Cütlük bu qədər pul xərcləmək niyyətində olmadığını bildirib. Ailə dostlarının sözlərinə görə, Yeni Orleandakı evlərini satdıqdan sonra cütlük özlərinə Londonda ev ala bilər.
Bred Pitt yazdan etibarən ailəsi ilə birgə Londona köçmək üçün hazırlıq işləri görməyə başlayıb. Bred Pitt həyat yoldaşının Londona köçmə qərarını dəstəkləyib. Bu vasitə ilə B.Pitt Corc Kluni ilə olan dostluq münasibətlərini qaytarmaq istəyir. Aktyorla Kluninin arasındakı dostluq may ayında bizneslə bağlı yaranan narazılığa görə pozulub.
Anjelina Coli, Bred Pitt və Corc Kluni
Lazurniy Bereq kinosunun çəkilişindən sonra Angelina Coli siyasətlə məşğul olmaq niyyətindədir. Coli şahzadə Uilyam və qerçoqinya Ketrinlə görüşərək vəhşi heyvanların qanunsuz satışı problemlərini müzakirə edib. O, eyni zamanda qadınların problemlərinə həsr olunan tədbirdə iştrak edib.
Qeyd edək ki, bir müddət əvvəl Pitt və Coli cütlüyün münasibətlərində çətin günlər müşahidə olunurdu. Hətta cütlüyün boşanacağı şayələri də sürətlə yayılırdı.
mənbə :
anspress