13:06 xeber – Qədim Şəkinin tarixi memarlıq abidəsi sayılan Karvansaray və bütün küçələri festivalının afişaları ilə bəzədilib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Şəki Olimpiya Kompleksi artıq motofestival üçün hazır vəziyyətdədir. Səhnə xüsusi avadanlıqlarla təchiz olunub və tam qurulub.
Layihə rəhbərinin məlumatına görə, bu ilki motofestival digərlərindən tamaşaçıların zövqünü oxşayacaq bədii hissə ilə fərqlənəcək.
Təxmini sayı hələlik məlum olmasa da bugünə qədər festivalda iştirak etmək üçün qeydiyyatdan keçən 500 nəfər baykerdən əlavə, 1000 nəfərdən çox tamaşaçının da qatılacağı tədbirin hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.
Festival ilə əlaqədar Olimpiya Kompleksinin həyətində xüsusi düşərgə də salınıb. Çadırlar bir-birin yaxın qurlaşdırılıb. Hər çadırın 2 tərəfindən pəncərəsi də var. Düşərgə yaxınlığında isə yarmarka salınıb. Yarmarkaya artıq Harley Davidson-dan və müxtəlif modellərdən motoskiletlər də gətirilib.
Festival iştirakçıları artıq öz yerlərini tutmağa hazırlaşırlar. Festivalın aparıcıları, media nümayəndələri və digər qonaqlar da artıq tədbirin keçiriləcəyi məkandadırlar. Motofestivala axşam saatlarında start veriləcək.
mənbə :
anspress