13:13 xeber – Hindistan və Pakistan arasında gərginlik yaşanır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Pakistan və Hindistan sərhədində atışma baş verib. Nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Ölənlər arasında qadınlar və yetkinlik yaşına çatmayanlar da var.
Hindistan polisindən verilən məlumata görə, atışma Cammu və Kəşmir ərazisində baş verib. Hindistan tərəfi iddia edir ki ilk atəşi Pakistan açıb, Hindistan isə qarşı tərəfi cavab atəşi ilə susdurub.
Pura və Arnia sərhəddində vəziyyət
Pakistan tərəfindən ölən və yaralananların olması haqqında hələ kı, məlumat yoxdur.
“Biz qəfildən gördük ki, Pakistan mövqeləri Pura və Arnia ərazilərini dayanmadan silahlardan və minaatanlardan atəşə tutublar”, – deyə polisdən bilidirilib. Atışma iki saatdan artıq davam edib.
İki gün əvvəl həmin ərazidə snayper atəşindən hind zabiti həlak olub. Avqustun 15-də isə, biri yeniyetmə olmaqla, 5 nəfər dinc sakin də Hindistanın Müstəqilliyi Günündə öldürülüb.
Hindistanın Daxili İşlər Nazirliyinin iddiası görə, avqustda Pakistan tərəfi 50 dəfədən yuxarı atəşin dayandırılması barədə sazişi pozub. İlin başlanğıcından bu günə qədər 250-dən çox atışma qeydə alınıb.
Atışmanın baş verdiyi ərazilər
mənbə :
anspress