02.12.2008 / 14:25 xeber –
Xədicə xanım onların atalarının yasında iştirakına şərait yaradılmasını istəyir
Həbsdə olan jurnalistlər Qənimət Zahid və Mirzə Sakit qardaşlarının atası Səlim Zahidov vəfat edib.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov Lent.az-a bildirib ki, 90 yaşlı S. Zahidov dünən qəfildən üçüncü dəfə infarkt keçirib.
Bu gün S. Zahidovun həyat yoldaşı Xədicə xanım ədliyyə naziri Fikrət Məmmədova teleqram göndərib. Teleqramda həyat yoldaşının vəfat etdiyini bildirən Xədicə xanım oğulları Qənimət Zahid və Mirzə Sakitin atalarının dəfn mərasimində iştirakı üçün şərait yaratmağı xahiş edib.
Bu gün Müsavat deputat qrupu da nazirə eyni xahişlə müraciət edib.
Pərvin ABBASOV
mənbə :
lent.az