28.08.2015 / 23:10 xeber –
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (Mark Zuckerberg) ötən gün yeni bir statistika açıqayıb. “Report” xarici mediaya istinadən bildirir ki, sosial şəbəkənin tarixində ilk dəfədir bir mlrd.-dan artıq insan eyni vaxtda “Facebook”a daxil olub.
Sözügedən hadisə bazar ertəsi günü baş verib. M.Zukerberq deyib ki, şəbəkədən istifadə edən hər 7 nəfərdən biri dostları və ailəsi ilə ünsiyyət qurmaq niyyəti ilə ora daxil olur.
Qeyd edək ki, sosial şəbəkənin milyardıncı istifadəçisi 2012-ci ilin noyabrında qeydiyyatdan keçib. “Facebook” iyul ayında dünyadakı internet istifadəçilərinin yarısından çoxunun ən az bir dəfə şəbəkəni ziyarət etdiyini deyib.
mənbə :
lent.az