29.08.2015 / 13:59 xeber –
Mingəçevir şəhər sakini, 47 yaşlı Bilal İlyasovun vəziyyəti qəflətən pisləşib. Lent.az-ın Region Tv-yə istinadən verdiyi məlumata görə, B.İlyasovun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib. Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb, həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə həkim gözündən ağır xəsarət alıb.
Hadisədən sonra Mərkəzi şəhər Xəstəxanasında tibbi yardım alan həkim hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az