19:09 xeber – Qubanın ucqar dağ kəndlərinin birində qədim tarixi tapıntılar aşkarlanıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qədim tapıntılar Qubanın rayon mərkəzindən 70 km aralıda yerləşən Xaltan kəndində qədim yarım tiklidən tapılıb. Əşyaları ətrafda oynayan uşaqlar görüblər və kənd sakinləri rasmi qurumlara məlumat verib.
Hazırda əşyaların Quba polis şöbəsində tərkibi araşdırılır.
Quba polis şöbəsinin təhqiqatçısı Famil Mirzəbəyovun verdiyi məlumata görə, tapılan əşyalar bundan ibarətdir: “Bir ədəd Qurani kərim, köhnə dini sənəd və əlyazmalar, 1898-1909 cu illərə aid kağız pul əskinasları, gümüşə bənzər dəmir pullar və bəzək əşyaları, kəsici-deşici iki alət, istifadəyə yararsız güllələr, müxtəlif qadın bəzək əşyaları və məmulatları var”.
Bundan başqa müxtəlif parçalardan nümunələr var ki, bu həmin adamların dini baxışlarından və xalçaçılığa meyl etmələrindən xəbər verir. Polis şöbəsindən o da bildirildi ki, həmin bu əşyalar araşdırıldıqdan sonra Quba tarix-diyarşunaslıq muzeyinə təhvil veriləcək.
mənbə :
anspress