30.08.2015 / 16:10 xeber –
Bakıda nəqliyyat terminallarından birində dava-dalaş olub. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü Yanik Turqay Adnan oğlu Bibiheybət qəsəbəsindəki terminalda 1990-cı il təvəllüdlü Sultanov Vadim Vidadi oğlu tərəfindən döyüldüyünü bildirib.
Türkiyə vətəndaşı ona qarşı xuliqanlıq etmiş şəxsin cəzalandırılmasını istəyib.
Müraciət əsasında araşdırmalar aparılır.
mənbə :
lent.az