31.08.2015 / 10:44 xeber –
“Türkiyə buradaykən Azərbaycan sərhədlərində heç bir problem ola bilməz. Həmişə birlikdəyik”.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu 30 avqust – Zəfər bayramı münasibətilə keçirilən tədbir zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Zəfər bayramı Azərbaycanın da bayramıdır: “Azərbaycanın bayramı da bizim bayramımızdır”.
mənbə :
lent.az