12:56 xeber – Bakıda keçmiş polisin qətlində qanlı hadisədə səbəbkar kimi adı keçən Həbibə Bağırova qaranlıq məqamlara aydınlıq gətirib.
Həbibə Bağırova ANS PRESS-ə açıqlamasıda Nadir İbrahimovla tanışlığı və qətl ətrafında adının hallarındırılması haqda danışıb.
Xanım sözlərinə görə Nadirin qətli ilə onun heç bir əlaqəsi yoxdur. “Qətl hadisəsi mənim üstümdə baş verməyib. Düzdü, əvvəllər Nadir İbrahimovun “Butastone” şirkətində işləmişəm. Oradan ayrılandan sonra Nadir məni bir müddət narahat edib. Ancaq Rövşən Həsənov adlı şəxsi, ümumiyyətlə, tanımıram”.
H.Bağırova qeyd edib ki, baş verən qətldə kimsə onun adını məqsədli şəkildə hallandırır: “Hadisə baş verən gün prokurorluğa çağırıldım və izahat verdim. Dindirilməyimə səbəb isə mənim əvvəllər Nadirlə bir şirkətdə işləməyim olub. Mən kiminsə ailəsini dağıtmaq, başqa birinin isə öldürülməsini istəmərəm. Öz işim-gücüm, ailəm və ətrafım var”.
ANS PRESS xatırladır ki, silahlı insidentlə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.
Bildirilir ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat etməsi ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, dünən gecə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov, Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəni həll etmək üçün paytaxtın Nizami rayonu ərazisində görüşüblər.
Görüş zamanı Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib. Nadir İbrahimovu güllələyən şəxs hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Öldürülən keçmiş polis əməkdaşı Nadir İbrahimov
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapancanı təhvil verib.
R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Həmçinin oxuyun:
Bakıda atəş açıldı: ölən var
Bakıda keçmiş polisin güllələnməsi ilə bağlı rəsmi açıqlama (FOTO)
mənbə :
anspress