17:32 xeber – “Azadlıq” radiosunun keçmiş əməkdaşı Xədicə İsmayılova bu gün mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsində ondan şikayət ərizəsi yazmış Tural Mustafayevlə dostluğundan danışıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, jurnalist prokururluğun onun işi barədə səthi araşdırma apardığını söyləyən jurnalist prokurorluğa yanlış pas atdığını söyləyib: “Tural Mustafayevlə dostluğumuzun (bəli, bizim zərərçəkənlə münasibətlərimizin başqa adı və forması olmayıb) onun Cəmil Həsənlinin Sabirabad mitinqində döyülməsindən sonra hüquqlarını tələb etməsini müzakirəmizlə başladığını dedim. Prokuror da həmin tarixi ittiham nitqinə salaraq, guya detallı araşdırma aparıb. Hansısa faktı üzə çıxardığını göstərmək istədi. Həmin gün T.Mustafayevlə ünsiyyətimizin coğrafiyasının Azadlıq Radiosunun ofisi ilə məhdudlaşdığını araşdırmaq və öyrənmək çətin deyildi. Mustafayevin telefonunun anten məlumatları prokurorluqda vardı. İşin içində də var, hətta mənə də verilib. Axı bundan ötrü işləmək, sənədlərə baxmaq lazım idi. Prokurorluq əməkdaşlarının isə vaxtı yoxdur”,- deyə jurnalist bildirib.
Xədicə İsmayılovanın çıxışı prokuror Ramazan Hadıyevi qane etməyib. O, İsmayılovanın mahiyyətdən kənar çıxışlar etdiyini deyib, prosesin dayandırılmasını tələb edib. Hakimlər prosesi dayandıraraq hökmün sabah elan olunacağı bildiriblər. Daha əvvəl dövlət ittihamçısı Xədicə İsmayılova üçün 9 il azadlıqdan məhrum edilmə cəzası istəmişdi.
Tural Mustafayev
Xədicə İsmayılova “Azadlıq” radiosunun keşmiş əməkdaşı Tural Mustafayevin şikayəti əsasında həbs edilib, haqqında özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Tural Mustafayev uzun müddət yaxın münasibətlərdə olmuş Xədicə Rövşən qızı İsmayılova tərəfindən ı təzyiq və təqiblərə məruz qaldığını bildirib. Sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.
mənbə :
anspress