01:24 xeber – Çində yenidən güclü partlayış baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Çinin Şandong vilayətində yerləşən Dongying şəhəri böyük partlayış nəticəsində sarsılıb.
Hadisənin təfərrüatları və zərərçəkənlər barədə hələlik məlum yoxdur.
Çinin Tianjin şəhərində baş verən partlayış
Çinin Tyantszi şəhərində kimyəvi maddə fabrikində iki həftə əvvəl baş verən və 100 nəfərdən artıq insanın ölümünə səbəb partlayış baş vermişdi.
Qeyd edək ki, bundan əvvəl Çinin liman şəhəri Tyantszində avqustun 12-də də partlayış baş verib. Tyantszində baş verən partlayış nəticəsində ölənlərin sayı 112 nəfər olub.
İnsan sağlamlığına zərərli maddələrin yayılması ehtimalı ilə ərazidə yaşayan insanlar təxliyyə edilib. Partlayışın səbəbi hələ də məlum deyil.
Çinin liman şəhəri Tyantszində baş verən partlayış
Partlayış baş verən fabrik
mənbə :
anspress