03:56 xeber – Qaxın Lələli kənd sakini 48 yaşlı Çərkəz Məmmədova hücum edən vəhşi heyvan onu ağır yaralayıb. Çaqqalın ona ağır xəsarətlər yetirdiyini görən Çərkəz Məmmədov vəhşi heyvandan qurtulmaq üçün qonşuları köməyə çağırıb. Yalnız qonşuların müdaxiləsindən sonra çaqqalı zərərsizləşdirmək mümkün olub.
Çərkəz Məmmədov deyir ki, evə çatmağa 5-6 metr qalmış gördüm ki, çaqqal hücum etdi, ayaq, əl və qarın nahiyəmdən dişlədi.
Çərkəz Məmmədovun oğlu Samir qəfildən atasının qışqırıq səsini eşidib və dərhal ona köməyə qaçıb. Çaqqalı yoldan keçənlər və səsə gələn qonşuların köməyilə oldürmək mümkün olub.
Kənd sakinlərinin sözlərinə görə, əvvəllər kənd ərazisində dolaşan çaqqallar təsərrüfatlara, toyuq-cücəyə ziyan verirdisə, son vaxtlar evlərin yaxınlığına qədər gələn bu vəhşi heyvanlar artıq insanlara hücum etməyə başlayıb.
Çərkəz Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona lazımi tibbi yardım göstərilərək, quduzluğa qarşı peyvənd vurulub.
Qax rayon baytarlıq idarəsindən isə hadisə yerinə baytarlıq idarəsinin əməkdaşları cəlb olunduğu və öldürülən çaqqalın başının kəsilərək Zona Baytarlıq Laboratoriyasına göndərildiyi bildirildi.
Bundan sonra çaqqalın başı Respublika Baytarlıq Laboratoriyasına aparılacaq. Çaqqalın quduz olub-olmaması, quduzluğa qarşı müayinədən sonra məlum olacaq.
mənbə :
anspress