Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
20/10/2019

'Xalqla Ordu el-ele' devizi altinda kutlevi vetenperverlik bayrami kecirilib

'Xalqla Ordu əl-ələ' devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib


20 Oktyabr, 2019  21:50 xeber – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr – Beynəlxalq Kulinariya günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar əvvəl Horadiz şəhərinə gedərək xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına qızılgüllər düzüblər.

Qonaqları salamlayan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz qəsəbəsinin və rayonun 22 yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsində unudulmaz öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri olduğunu nəzərə çatdıraraq bildirib ki, 1993-cü ilin payızında ulu öndərin bölgəyə gəlişi, ön səngərlərdə hərbçilərlə görüşü onlarda yüksək döyüş ruhu və yüksək vətənpərvərlik, qələbəyə inam hissi aşılaması sayəsində dekabr ayının sonlarında işğal olunmuş ərazilərin azad edilməsi uğrunda hücuma keçən igid oğullarımız 1994-cü ilin ilk yanvar günlərində Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsini azad etmiş və ümumilli liderimizin rəhbərliyi altında bu kəndlər yenidən qurularaq, hər cür infrastruktur yaradılaraq qaçqınlar öz doğma yurdlarına geri qayıtmışlar. A.Alıyev vurğulayıb ki, Horadiz qəsəbəsinin azad edilməsi ulu öndərin adı ilə bağlıdırsa, bu yaşayış məntəqəsinin daha da inkişaf etməsi və qəsəbəyə şəhər statusunun verilməsi dövlətimizin başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Möhtərəm prezidentimizin dəfələrlə qeyd etdiyi kimi biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, ordumuzun gücünü və Heydər Əliyev siyasətinin təntənəsini görürük.

Horadiz şəhəri ilə tanışlıqdan sonra tədbir iştirakçıları Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək ehtiramlarını bildiriblər. Burada qeyd olunub ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra bir çox strateji yüksəkliklər, eləcə də Lələtəpə zirvəsi düşmənlərdən azad edilərək ərazi tam nəzarətə götürülmüş və bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndində quruculuq, abadlıq işlərinə başlanılmış və yaşayış məntəqəsi sözün həqiqi mənasında kül altından boy ataraq müasir bir kəndə çevrilmişdir.

Qonaqlar işğal altında olan digər torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini ifadə edərək Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyayma avtomobilindən səsləndirilən “Aprel zəfəri” marşının sədaları altında Cocuq Mərcanlıya doğru irəliləyiblər. Kəndə gedən yolun sağ və sol tərəflərində hər bir şəhidin xatirəsinə əkilmiş çinar ağacları artıq qol-budaq atıb, pambıq sahələri üzə gülür, kənd gül-çiçəyə qərq olub. Sakinlər əmin-amanlıq içində firavan yaşayır, əkib-becərir. Şagirdlər isə ən müasir məktəbdə təhsillərini davam etdirirlər.

Kəndin mərkəzində salınmış “Qayıdış parkı”nın qarşısında qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin rəhbərliyi qarşılayıb. İcra başçısı Kamal Həsənov kulinariya işçilərini, həmçinin Azərbaycan Ordusunun bu sahədə çalışan əməkdaşlarını Beynəlxaq Kulinariya Günü münasibətilə təbrik edib. Cocuq Mərcanlının tarixindən, birinci Qarabağ müharibəsi zamanı tamamilə bu kəndin dağıdılmasından, viran edilməsindən, əhalinin doğma yurd-yuvalarından məcburi qaçqın düşməsindən, bu yerlərdə gedən qanlı döyüşlərdə neçə-neçə əsgər və hərbçimizin şəhid olmasından, itkin düşməsindən, 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə kəndin yenidən qurulmasından və Qarabağa qayıdışın ilk köçünün məhz Cocuq Mərcanlıya qayıtmasından danışaraq ölkə rəhbərinə bütün cəbrayıllıların minnətdarlığını bildirib.

Kütləvi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani proqramı elan edib və onun bələdçiliyi ilə Cocuq Mərcanlıda “Xalqla Ordu əl-ələ” kütləvi vətənpərvərlik bayramına start verilib. Oğuz elinin ağsaqqalı Dədə Qorqud Azərbaycan xalqına birlik, həmrəylik, ordumuzun döyüşçülərinə, xalqımıza tezliklə yeni-yeni qələbə müjdələri gətirməyi arzulayıb.

Dədə Qorqud alqışları “Qayıdış” parkında əks-səda verib: “Kölgəlicə qaba ağacınız kəsilməsin! Çapaçapda ağ bədöy atlar büdrəməsin! Heç kəsi namərdə möhtac olmasın! Məclislərinizdə çalıb-çağıran ozan olsun! Gura axan çaylarınız qurumasın! Uca dağlarınız yıxılmasın! Yeməyiniz isti, suyunuz sərin olsun! İgidlərimiz, ərənlərimiz baş sərkərdənin rəhbərliyi altında yolumuzu gözləyən cənnət Qarabağımızdan zəfər müjdələri gətirsin! Köçən ellərimiz tezliklə doğma yurd yerlərinə qayıtsın! Amin!” “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialında istehsal olunan Qarabağ xalçalarından ibarət sərgi tamaşaçıların böyük marağına səbəb olub.

Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi “Azərbaycan mətbəxi” kitab sərgisində dünya şöhrətli kulinarımız, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, şöhrət ordenli Tahir Əmiraslanovun kitabları sərgilənib. Onun uzun illərdir ki, hətta Azərbaycanın milli mətbəxini də özününküləşdirməyə çalışan ermənilərlə mübarizəsindən və həmişə də qalib çıxmasından söhbət açılıb. Tahir Əmiraslanovun müəllifi olduğu kitablardan ibarət bağlamalar hədiyyə edilib. Azərbaycan kulinarlarının hazırladıqları un və qənnadı məhsullarının nümunələri nümayiş olunub. Elan olunub ki, birazdan Azərbaycan kulinarlarının əsgərlərə hədiyyələri, bağlamalar, xonçalar döyüş mövqelərinə də göndəriləcək.

Müdafiə Nazirliyi Ərzaq xidmətinin eləcə də, bölgənin müdafiəsində dayanan hərbi hissənin təşkil etdiyi sərgidə qələbəlik yaşanıb. Polkovnik-leytenant Vüqar Abdullayev “Əsgər payı” guşəsində ordumuzun şəxsi heyətinin ərzaq təminatından danışaraq müxtəlif çeşidli məhsullar haqqında məlumat verib. Qonaqlar Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrin əsgər yeməkxanalarında şəxsi heyətlə bir süfrə ətrafında nahar etdiyini, yaradılan şəraitlə tanış olduğunu əks etdirən fotomateriallar təqdim edilib. Ordunun məşhur və peşəkar aşpazlarından olan Ədilxan Məmmədovun hazırladığı 10-dan çox un və qənnadı məhsulu, eləcə də səhra mətbəxində hazırlanan əsgər yeməklərinin, “Şah plov”un tədbir iştirakçıları dadına baxıblar.

Azərbaycan Ordusu aşpazlarının beynəlxalq müsabiqələrdə qazandığı mükafatlar, kuboklar, prizlər, medallar, diplomlar nümayiş olunub. Yarışların iştirakçıları Beynəlxalq Ordu Oyunlarından Vətənə həmişə uğurla qayıtdıqlarını bildirib və bu il də Azərbaycanın hərbi aşpazlarının beynəlxalq müsabiqədə qalib 4 komanda içərisində yer aldığı məlumatı verilib.

Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında İmadəddin Nəsiminin, Babəkin, Cavanşirin, Əmir Teymurun, Qaçaq Nəbinin, Həcərin və digər şəxsiyyətlərin obrazları canlandırılıb. “Arşın mal alan”, “O olmasın, bu olsun” milli filmlərimizin qəhrəmanları əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Cəbrayıl, Füzuli, Beyləqan və Xocavənd rayonlarının tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin təqdim olunduğu guşələrdə əsl canlanma olub. Bölgənin müdafiəçiləri ilə ictimaiyyət nümayəndələri bir süfrə arxasında çörək kəsib, çay içib, cəbhəyanı bölgənin bağlarının payız barından tutulmuş meyvə xonçalarına heyran qalıblar.

Bədii özfəaliyyət kollektivləri öz məharətlərini göstəriblər. Bakıdan gəlmiş “Səma” rəqs ansamblının üzvlərinin ifa etdikləri “Azərbaycan” süitası, “Sarı gəlin” rəqsi, “Türk yallı”sı alqışlarla qarşılanıb. Parkın anfiteatrında davam edən kütləvi vətənpərvərlik bayramı qala konserti başlamazdan öncə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Dövlət himni ifa olunub. “Qarabağ Azərbaycandır” ədəbi musiqili xoreoqrafik kompozisiyası təqdim olunub. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir daha bayram iştirakçılarını salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə rəhbərliyinə, şəxsən dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Azərbaycan dövləti və xalqı naminə yorulmaz fəaliyyətlərinə görə minnətdarlıq edib. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasətin bütün xalq tərəfindən dəstəkləndiyi qeyd olunub.

Zabit polkovnik Elşad Əbilov ordu ilə xalqın birliyindən danışaraq əbədiyaşar Ali Baş Komandan, unudulmaz Heydər Əliyevin məşhur bir kəlamını xatırlayıb: “Ordu ilə xalqın birliyi həm xalqın gücünü artırır, həm də ordunu daha da qüdrətli edir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri ordu ilə xalqın sağlam, mənəvi birliyini yaratmaqdan ibarətdir”. E.Əbilov sağlam mənəvi birliyin bu gün daha da möhkəmləndiyini, genişləndiyini bildirərək “Biz bu birliyi 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha gördük, hiss etdik. Aprel döyüşləri dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın isə birliyini, həmrəyliyini göstərdi”, – deyib.

Polkovnik E.Əbilov Ali Baş Komandanı, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı bütün şəxsi heyət adından, Vətən müdafiəçiləri adından bir daha əmin edib ki, Azərbaycan əsgəri bundan sonra da ölkənin müdafiəsində mərdliklə dayanacaq, işğal altındakı digər torpaqların da azad edilərək respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün qarşıya qoyulmuş istənilən əmr və tapşırığı qanı və canı bahasına olsa belə yerinə yetirəcəkdir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov cəbhəyanı bölgədə gördüklərindən qürur duyduğunu vurğulayaraq, bütün bu inkişaf, tərəqqi üçün müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əydiyini, müdrik prezidentimiz, qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyevə bütün xalqımız kimi milli kulinarlarımızın adında dərin minnətdarlığını bildirib. T.Əmiraslanov dünəndən hərbi hissələrdə olduğunu, əsgərlərlə bir yerdə nahar etdiyini, əsgər yataqxanalarında gecələdiyini, şəxsi heyətlə görüşdüyünü, Azərbaycan Ordusunun baş aşpazları ilə usta dərsləri keçirdiyini bildirərək, hərbi hissələrdəki nizam-intizamdan, yaradılan şəraitdən, maddi-texniki təminatın yüksək səviyyədə olduğundan, əsgər yeməkxanalarının restoranlardan, şadlıq evlərindən heç də fərqlənmədiyindən, əsgərlərin qidalanmasının çox yüksək səviyyədə təşkilindən, Azərbaycan əsgərinin sayəsində cəbhəyanı rayonların əhalisinin əmin-amanlıq, sabitlik şəraitində yaşamasından böyük həvəslə danışıb və bu gün hər kəsi orduya mənəvi dayaq olmağa “Hər şey ordu üçün, hər şey qələbə üçün!” şüarı altında daha da sıx birləşməyə səsləyib. 1993-cü ildə dağıdılıb viran edilməsinə baxmayaraq bir anda olsun Cocuq Mərcanlı kəndinin tərk etməyən və bu xarabalıqlar içərisində yaşayaraq doğma kəndinin bugünkü təntənəsinə bəlkə də hamıdan çox sevinən, Azərbaycan Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Oktay Həziyev bütün cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlıq edib. Azərbaycan Ordusunun güc və qüdrətinə heyran qaldığını bildirib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının geniş və rəngarəng konsert proqramı alqışlarla başa çatıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı məscidində Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. Din xadimləri dualar oxuyub, ehsan mərasimində şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər. Döyüş mövqelərinə bayram sovqatları, meyvə və şirniyyatlarla dolu xonçalar göndərilib. Bütün hərbi hissələrdə respublikanın məşhur aşpazlarının iştirakı ilə hazırlanan milli yeməklərdən ibarət süfrələr açılıb. Kül altından boy ataraq ən müasir yaşayış məntəqəsinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Ordu xalqla əl-ələ” kütləvi-vətənpərvərlik bayramı xalqla ordunun sağlam mənəvi birliyinin təntənəsinin nümayişinə çevrilib.



mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti