Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
30/10/2019

“Utanmışam deməyə ki, məndə QİÇS var” – Video

“Utanmışam deməyə ki, məndə QİÇS var” – Video




“Elə olur ki, bəzən qadınlar özləri mənə yaxınlaşıb münasibət təklif ediblər. Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var. Özümü elə aparmışam ki, guya, bəyənmirəm. Onlar da düşünüb ki, bu nə eşşək adamdır?! Qadın yaxınlaşır, bu da saymazlıq edir. Daha bilmirlər ki, xəstəyəm, fikirləşirəm o da bədbəxt olacaq”.

Müsahibim artıq 6 ildir ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) əziyyət çəkir. O, əvvəllər narkotik aludəçisi olduğu üçün buna Rusiyada həbsdə olarkən yoluxduğunu düşünür. İl yarımdır Bakıda yaşayır və müalicəsini burada davam etdirir. “Qafqazinfo” olaraq onunla elə müalicə aldığı Respublika QİÇS-lə Mübarizə Mərkəzində görüşürük.

Çəkilişə başlamazdan əvvəl yəqin ki, heç vaxt unutmayacağım və hazırladığım əksər suallara cavab aldığım, onun həyatını qısa və dəqiq əks etdirən bir hal yaşanır.

Formatımız belədir ki, adətən müxbir videolarda görünmür. Bu dəfə isə müsahibimin də üzü görünməməli idi. Mənim harada oturacağımı, kadrın necə qurulmalı olduğunu müzakirə edirdik. Bizi dinləyən Anar (ad şərtidir) müzakirəyə qoşulur:

– Narahat olma, yanımda otursan, xəstəlik keçməyəcək.

– Yox, yox, siz səhv başa düşdünüz.

– Bilirəm, onsuz həmişə bizi görəndə qorxub uzaq qaçırlar.

Bu dialoqdan sonra müzakirəsiz keçib müsahibimin yanında əyləşirəm və söhbətə başlayırıq:

– Virusa yoluxduğunuzu öyrənəndə nə hisslər keçirdiz?

– Həbsdə qan analizimin nəticəsində çıxmışdı. Dedilər ki, belə bir virusa yoluxmuşam. Mənim üçün təccüblü olmadı. Aydın məsələdir, gec-tez olmalı idi. 29 ilin narkomanıyam. Onsuz da, bütün bədbəxtliklər narkotiklə başladı. Çıxış yolu var, ancaq hər adamın başı üçün deyil. Günahkar özüm oldum.

Ailənizlə münasibətiniz var?

– Valideynlərim rəhmətə gedib. Nə qohumlar, nə də bacılarım mənimlə əlaqə saxlayır. Bacım məşhur bir şirkətdə direktordur, altında 50 minlik maşın var, ancaq qardaşı 130 manat pensiya ilə dolanır. Uzun müddətdir ki, uşaqlarını qucağıma ala bilmirəm, ümumiyyətlə görmürəm. Onları da qınamıram. Valideynlərimin vaxtsız ölümündə məni günahlandırırlar. Haqlıdırlar.

İmkanlı ailədə doğulmuşam. Moskva Dövlət Universitetini bitirmişəm. Ali savadlıyam. 23 illik həbs həyatım var ki, bunun özü də böyük məktəbdir. Dünyanı gəzmişəm. Özümü ağıllı adam sayıram. İstəsəz siyasətdən, incəsənətdən, astrologiyadan, meta-fizikadan, lap elə idmandan danışaq. Ancaq hazırda mənim bir mənfim var və ona görə artıq heç kimə lazım deyiləm.

– Övladınız var?

– 3 dəfə rəsmi formada evli olmuşam, birinci yoldaşım Azərbaycan gözəlidir. Ancaq övladım yoxdur. Bu, mənim ürəyimdə qalmış bir yaradır.

Hazırda immunitetim 745-dir. Sağlam adamda bu rəqəm 1200 olur. Həkimlərin sözünə görə, münasibətim olsa, qadın yoluxmaya bilər, uşağım da sağlam doğular. Soruşuram ki, 100%-dir? Deyirlər ki, yox, 99%. Bu, kazino deyil axı, insan həyatı ilə oynaya bilmərəm.

– Cəmiyyətin sizə münasibəti necədir?

– Cəmiyyətdə bizə yararsız kimi baxır, adam qismində görmürlər. Bizi görəndə üzümüzə gülsələr də, ürəklərində düşünürlər ki, bunlar tez ölsəydi, tez yansaydılar, canları rahatlayardı. Onları qınamıram. Əvvəl mən də virus daşıyan şəxsləri görəndə biruzə verməməyə çalışsam da, ürəyimdə o adamdan iyrənirdim, çalışırdım ki, uzaq durum. İndi bizdən uzaq gəzənlərə necə bir söz deyə bilərəm?

– Hazırda nə işlə məşğul olursuz?

– Artıq il yarımdır ki, Bakıdayam və narkotikdən uzaq dururam, müailəcəmi davam etdirirəm. Onların hamısını kənara qoymuşam. Vaxtilə xərclədiyim pulların sayı-hesabı yoxdur. Oğurluq eləmişəm. Ehtiyacım olmayıb, bunu hobbi kimi etmişəm.

İndi görürəm ki, cavan oğlan-qız uşaqları yol kənarında iynə vurur. Necə o vaxt mənə deyirdilər, indi də mən onlara söz deyirəm, təsir etmir. Mənim kimi bu qulaqdan alıb, o birindən buraxırlar. Həmin vaxt başa düşürsən ki, bu insan sənə düz deyir. Ancaq əməl edə bilmirsən. Fikirləşirsən ki, 5 günlük dünyadır.
Bizim 3-5 gün ömrümüz qalsa da, yenə bir işə yaraya bilərik, nəyəsə faydamız dəyə bilər. Bizi bu qədər hər yerdən kənarlaşdırmasınlar.

Anarın palata yoldaşı isə çox tez, 15 yaşından QİÇS-ə yoluxub və müntəzəm olaraq müalicəsini davam etdirir. Əslən Mingəçevirdən olan Vüsal (ad şərtidir) yaşadıqları evdə körpə üçün risk olduğundan Bakıya köçüb, burada işləyərək qazancından ailəsinə kömək edir:

“Rusiyada həbsdəydim, virusa yoluxduğumu o zaman öyrəndim. Mingəçevirdə yaşayırdım, evimizdə qardaşımın balaca uşağı olduğu üçün narahat oldum, Bakıya gəldim. Hazırda avtoyumada işləyirəm, maşın yuyub pul qazanıram. Qazancımın yarısını evə göndərirəm, yarısı ilə də özüm dolanıram. Ailədə bilirlər, mənə münasibət yaxşıdır, özüm onlarla qalmaq istəmədim.

Xəstəliyin ən pis tərəfi odur ki, ailəli ola bilmirsən. İstəmirəm, kimləsə evlənəm, uşağım, yoldaşım bədbəxt olsun”.

– Özünüzü necə hiss edirsiz? Hər hansı narahatlığınız və ya ağrınız olur?

– Heç nə hiss etmirəm, vəziyyətimdə hər hansı bir dəyişiklik yoxdur. Həkimlər deyir əsas narkotikdən uzaq olun, mən də istifadəçisi deyiləm. İmmunitetimi aşağı salmadıqca, hər şey qaydasındadır.

Vaxtlı-vaxtında dərmanımı içirəm, həkimlərdən və bizə yaradılmış şəraitdən razıyam.

Sadəcə cəmiyyətdə, başqaları biləndə çətin olur, qorxurlar bizdən. Özüm də qorxuram, onları qınamaq olmaz.

Həmsöhbətlərimi çox yormamaq üçün onlarla sağollaşıb qaldıqları stasionar şöbənin müdiri Arzu Məmmədova ilə söhbətə davam edirik. Onun sözlərinə görə, şöbədə 20 çarpayı olsa da, adətən xəstə sayı 15-16 nəfər arasında dəyişir. Həm yeni, həm də mütəmadi olaraq müalicəsini davam etdirən xəstələr olur. Xəstələrə sistem vurulur, dərmanlar verilir.

Daha sonra mərkəzlə yaxından tanış olmaq üçün qəbul, ümumi şöbələr, göstərilən xidmətlər və analizlərin hansı formada aparılması ilə maraqlanırıq. Mərkəzin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərlinin sözlərinə görə, burada iki qəbul şöbəsi var. Biri müalicə-profilaktika məsələləri üzrə gələn qanların müayinələrinin qəbul şöbəsi, digəri isə sıravi vətəndaşların müayinədən keçmək üçün müraciət etdiyi şöbə. Bu zaman vətəndaş şəxsiyyətini təqdim etmədən anonim yolla müayinə oluna və cavabları şifahi formada ala bilər. Əsasən həmin şəxslərlə anonim kabinetdə söhbət aparılır və müalicə alması tövsiyə olunur. Arzu xanımın sözlərinə görə, anonim kabinetdə oturan həkim pozitiv və gülərüz olmalıdır ki, müraciət edənlər onunla danışmaqdan çəkinməsin.
Odur ki, biz də elə anonim kabinetə, həkim Elmira Rəfibəylinin yanına yollanırıq. Elmira xanımın sözlərinə görə, adətən onun yanına gələn şəxslər bir qədər narahat və panikada olurlar:

“Elə ötən gün bir oğlan gəlib ki, 2 saat əvvəl cinsi əlaqədə olub, tez müayinə olunmalıdır. Sakitləşdirməyə çalışıram, olmur. Müraciət edən şəxslərə qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görürük, inanırsız, çoxu bilmir.

Adətən kişi və ya qadın cinsi əlaqədə olur, daha sonra onlara məlumat çatır ki, qarşı tərəf İtirilmiş İmmun Çatışmazlığı Virusu (İİV) daşıyıcısıdır. Bu zaman anonim müayinə üçün bizə müraciət edir.

Anonim müayinə adından göründüyü kimi gizlidir, ödənişsizdir. Analiz zamanı 90% doğruluğu olan nəticə həmin gün, 100%-lik laborator cavab isə növbəti gün müəyyən olunur.

QİÇS daşıyıcısı olan bir şəxslə əlaqədə olmaq o deyil ki, mütləq şəkildə xəstəliyə yoluxursan. İnsan 48 saat ərzində post-kontakt müalicə olunaraq xəstəliyə yoluxmaqdan qurtula bilər”.

Elmira xanımla da sağollaşıb bu dəfə laboratoriyaya yollanırıq. Mərkəzin həkim-laborantı Səbinə İbrahimovanın sözlərinə görə, laboratoriya ən müasir tibbi avadanlıqlarla təmin olunub: “Gün ərzində 500-ə yaxın qan müayinə olunur. Nəticə müsbət çıxan qanların arxivdə saxlanılması üçün -80 dərəcəlik soyuducular var. Biz həmin qanları ömür boyu dondurub saxlayırıq”.

Son olaraq Arzu xanım bizə ümumi məlumat verir ki, cari ilin ilk ayına olan statistikaya əsasən, ölkəmizdə İİV-lə yaşayan insanların sayı 6163 nəfər olub ki, onlardan 4980 nəfəri müalicəyə cəlb olunub. 2019-cu ildə 630 yeni yoluxma halı aşkar olunub. Onlardan da 77%-i kişi, 23%-i isə qadındır. Uşaqlar arasında isə İİV-ə yoluxma halı müşahidə olunmayıb:

“Orqanizmlər müxtəlif olduğu üçün immun vəziyyətindən asılı olaraq insanların yoluxma ehtimalları da fərqli olur. İİV virusu daşıyan bir şəxslə cinsi əlaqədə olmaq o demək deyil ki, mütləq virus yoluxacaq.

Hazırda respublikada donor qanı 100% müayinə olunur, bu səbəbdən də hələ ki, qanköçürmə zamanı virusun yoluxma halı müşahidə olunmayıb.

Müayinə üçün gələn bütün vətəndaşlarda istər-istəməz qorxu olur. Onlarla söhbət aparılır. Əgər virus aşkar olunarsa, biz ona birbaşa demirik. Saatlarla söhbət aparılır. Müayinədən sonra virus aşkar olunarsa, o dəqiqə müalicə tətbiq olunur.

Tez-tez ticarət mərkəzlərində, məktəblərdə, müxtəlif qurumlarda tədbir və konfranslar keçirilir. Nə qədər ali savadlı olsa da, QİÇS xəstəliyindən ümumiyyətlə məlumatsız olan çox insan var”.















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti