Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
19/02/2015

Şagirdlerin çoxu tercümeyi-halını yaza bilmir – ARAŞDIRMA

Şagirdlerin çoxu tercümeyi-halını yaza bilmir – ARAŞDIRMA


19.02.2015 / 14:39 xeber –

V-VI siniflərdə keçirilən monitorinq imtahanları şagirdlərin bilik səviyyəsinin minimal standartlara da cavab vermədiyini üzə çıxardı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin bilik səviyyəsini ölçmək, onların tədris proqramlarını hansı səviyyədə mənimsədiyini müəyyənləşdirmək məqsədilə iki ildir ki, monitorinq imtahanları keçirir. 2013-cü ildə V sinif, 2014-cü ildə V-VI sinif şagirdləri arasında ana dili (Azərbaycan bölməsi şagirdləri üçün Azərbaycan dili, rus bölməsi şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə monitorinq imtahanları təşkil olunub. Bu imtahanlarda şagirdlər açıq tipli tapşırıqlar üzrə yazı işləri yerinə yetiriblər.

 

TQDK bu il ilk dəfə olaraq, həmin monitorinq imtahanlarının nəticələrinə dair elmi-statistik təhlillərini xüsusi jurnalda dərc edib. “Abituriyent” jurnalının 12-ci sayına əlavədə dərc olunmuş materiallarda iki il ərzində keçirilmiş monitorinq imtahanlarının nəticələrindən bəhs olunur. 2013-cü ildə keçirilən imtahanlarda 29 şəhər və rayonun V sinif şagirdləri, 2014-cü il imtahanlarında isə 25 şəhər və rayonun orta ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak ediblər. Bakı, Sumqayıt və Abşeronun rayonundan olan şagirdlərin nəticələri şərti olaraq “Zona-1” (şəhər məktəbləri) və “Zona-2” (kənd məktəbləri) şəklində qruplaşdırılıb.

 

Xatırladaq ki, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək səlahiyyətləri prezidentin 16 yanvar 2013-cü il tarixli fərmanı ilə TQDK-ya verilib. Komissiya bu imtahanları ölkə üzrə seçilmiş şəhər və rayonların məktəblərində aparıb. Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi, şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”ndakı məzmun standartlarına uyğun müvafiq fənlər üzrə tapşırıqlar tərtib edilib. Alt-standartlara müvafiq şəkildə hazırlanmış açıq testlər mürəkkəblik dərəcəsinə görə sadə, orta və çətin səviyyəli tapşırıqlardan ibarətdir.

 

Bəs, monitorinq imtahanlarının nəticələri nəyi göstərir: şagirdlərin bilik səviyyəsi dövlətin təhsilin məzmununa dair müəyyənləşdirdiyi standartlara nə dərəcədə cavab verir? Şagirdlər hansı məzmunda və hansı mövzulara dair suallardan daha çox çətinlik çəkir?

 

Bəri başdan deyək ki, TQDK iki il ərzində keçirdiyi monitorinq imtahanlarında ümumilikdə 64 min 727 şagirdin biliyi yoxlanılıb. 2013-cü ildə V sinif şagirdləri üçün keçirilən imtahanlarda 23 min 52 nəfər, ötən il V-VI sinif şagirdləri arasında təşkil olunan imtahanlarda isə 41 min 675 nəfər iştirak edib.  2013-cü il imtahanlarında ana dilindən 20 tapşırığı yerinə yetirmək üçün şagirdlərə 60 dəqiqə və esse (yazı işi) yazmaq üçün 30 dəqiqə, riyaziyyatdan 18 tapşırığın həllinə görə 90 dəqiqə vaxt verilib. 2014-cü ildə isə ana dilindən 20, riyaziyyatdan 25 tapşırığın yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılıb. Yazı işləri TQDK-nın marker qismində dəvət etdiyi orta məktəb müəllimləri tərəfindən yoxlanılıb. Ötən il Azərbaycan dili fənnindən tapşırıqların yoxlanması prosesinə Bakı, Naxçıvan, Gəncə, Şəki, Göyçay, Lənkəran, Ağcabədi və Şirvan şəhərindən ümumilikdə 124 müəllim, riyaziyyat üzrə tapşırıqları yoxlamaq üçün 131, rus dili fənni üzrə tapşırıqların yoxlanmasına isə yalnız Bakı şəhərindən 17 müəllim cəlb olunub.

 

Bütövlükdə monitorinq imtahanlarında şagirdlərin yerinə yetirdikləri tapşırıqlarını yoxlamaq üçün TQDK kurikulum əsasında müvafiq fənlərdən dərs deyən 6 min müəllimi marker qismində əməkdaşlığa dəvət edib və onlardan yalnız 910-u seçmə mərhələsindən keçə bilib. Həmin müəllimlər monitorinq imtahanlarının keçirildiyi 2 il ərzində 60 mindən çox yazı işini yoxlayıb. Birinci il bu proses çox çətinliklərlə yadda qalıb və müəyyən olunub ki, müəllimlər yazı işinin qiymətləndirilməsini apara bilmir. Ona görə də TQDK 2013-cü ildə keçirilən monitorinq imtahanlarındakı tapşırıqların nəticəsini iki dəfə yoxlayıb. 2014-cü ildə imtahanlar davam edən zaman hələ 2013-cü ildə keçirilən imtahanların nəticələri yoxlanılırdı.

 

İmtahan nəticələri nəyi göstərir?

 

Pedaqoji ölçmə nəzəriyyəsinə əsasən tapşırıqlar mürəkkəblik dərəcəsinə görə sadə, orta və çətin suallar kateqoriyasına bölünür. Sadə suallara şagirdlərin 70 faizdən çoxu, orta tapşırıqlara 40-70 faiz arasında, çətin suallara isə 10-40 faiz arasında düzgün cavab verməlidir. İndi isə monitorinq imtahanlarında iştirak edən şagirdlərin alt-standartlara uyğun konkret tapşırıqlara dair nəticələrinə baxaq:

Birinci nümunə: “Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır”. (Azərbaycan dili, 5-ci sinif).  Bu alt-standarta görə TQDK şagirdlərə orta və çətin səviyyəli suallar təqdim edib. Həmin alt-standart üzrə orta səviyyəli suala şəhər məktəblərində (“Zona-1”) təhsil alan şagirdlərin yalnız 8.29 faizi, çətin suala 9.74 faizi, kənd məktəblərinin (“Zona-2”) isə şagirdləri orta səviyyəli suala 7.99 faizi, çətin səviyyəli suala 5.64 faizi cavab verib.

İkinci nümunə: “Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir”.

Bu alt-standart üzrə şagirdlərə asan, orta və çətin səviyyəli tapşırıq təqdim olunub. Sadə suala şəhər məktəblilərinin 64.38 faizi, orta səviyyəli suala 36.88 faizi, çətin suala isə 15.95 faizi cavab verib.  Kənd məktəblərində təhsil alan şagirdlərin isə eyni səviyyəli suallara cavabları müvafiq 46.84 faiz, 25.44 faiz, 10.12 faiz təşkil edib.

Üçüncü nümunə: “Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdir”.

Bu standart üzrə də şagirdlərə asan, orta və çətin səviyyəli tapşırıq təqdim olunub. Sadə suala şəhər məktəblilərinin 60.83 faizi, orta səviyyəli suala 34.54 faizi, çətin suala isə 20.25 faizi düzgün cavab verib. Kənd məktəblərində təhsil alan şagirdlərin isə eyni səviyyəli suallara cavabları müvafiq 39.60 faiz, 22.99 faiz, 12.31 faiz təşkil edib.

 

Şagirdlər əməli yazı tapşırıqlarından imtina edir

 

Monitorinq imtahanlarında “Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır” alt-standartı üzrə tapşırıqların yerinə yetirilməsi vəziyyətinə baxdıqda mənzərə bir qədər də aydınlaşmış olur. Məlum olur ki,  V-VI sinifdə təhsil alan şagirdlərin böyük əksəriyyəti nə özlərinin tərcümeyi-halnı, nə də hansısa bir tədbirdə iştirak üçün ərizə yaza bilir. Halbuki dil qaydalarından düzgün istifadə etməklə əməli yazılar əsasında şagirdlərin tətbiqetmə, fərqləndirmə və yaradıcılıq bacarıqlarını müəyyən etmək məqsədi daşıyan bu tapşırıqlar çətinlik dərəcəsinə görə eyni olsa da, formaca fərqli, məzmunca bir-birinə yaxın olub. Amma əməli yazılarla bağlı şagirdlərin nümayiş etdirdikləri bacarıqlar hətta orta səviyyədən də aşağıdır. Belə ki, şagirdlərin mütləq əksəriyyəti özlərinin tərcümeyi-halını yazarkən ona verilən tələblərə əməl edə bilməyib, əməli yazının strukturunu qurmağı, ardıcıllığa və dil qaydalarına riayət etməyib.

 

Əməli yazı növü üzrə biliyini nümayiş etdirən şagirdlərin əksəriyyəti Bakıda keçiriləcək Olimpiya Oyunlarında iştirak üçün oxuduğu məktəbin direktoruna ərizə yazmaq tapşırığını da tələblərə uyğun şəkildə yerinə yetirə bilməyiblər. Belə ki, şagirdlər məqsədi və ünvanı dəqiq göstərməklə ərizənin mətnini tərtib etməkdə çətinlik çəkiblər. Bu səbəbdən də əməli yazı növü ilə bağlı tapşırıqlara şagirdlərin cəmi 9.53 faizi doğru cavab verib, 26.16 faizi isə ümumiyyətlə bu tapşırıqları cavablandırmaqdan imtina edib.

 

VI sinif şagirdi müstəvi üzərində koordinatları qura bilmir

 

Eyni nəticələri riyaziyyat fənninə dair tapşırıqlara verilən cavablarda da müşahidə etmək olar. Məsələn, “Sadə xətti bərabərsizliklərin tam ədədlər çoxluğunda həllini seçmə üsulu ilə müəyyən edir” alt-standartı (VI sinif) üzrə verilmiş sadə tapşırığa şəhər məktəblərinin şagirdlərin 46.64 faiz, orta səviyyəli tapşırığa 32.90 faiz, çətin səviyyəli tapşırığa isə cəmi 17.62 faizi düzgün cavab verib. Əyalət məktəbləri üzrə eyni tapşırıqlara verilən düzgün cavab isə müvafiq olaraq 27.11 faiz, 18.55 faiz, 6.94 faiz təşkil edib. Yaxud “Müstəvi üzərində koordinatları verilmiş nöqtəni qurur və verilmiş nöqtənin koordinatlarını tapır” alt-standartı (VI sinif) üzrə sadə tapşırıqlara şəhər məktəblərində oxuyan şagirdlərin 51.86 faizi,  orta səviyyəli suala 35.17 faizi, çətin suala isə 6.15 faiz müsbət cavab verib. Rayon məktəblilərinin isə eyni səviyyəli suallara cavabları müvafiq olaraq 38.53 faiz, 24.80 faiz, 2.37 faiz olub.

 

Beləliklə, monitorinq imtahanlarının nəticələri göstərir ki, orta məktəblərin V-VI siniflərində təhsil alan şagirdlərin tədris proqramlarını mənimsəmə səviyyəsi minimal tələblərə belə, cavab vermir. Həmçinin bir daha təsdiq olunur ki, istinasız olaraq bütün alt-standartlar üzrə tapşırıq və suallara verilən cavablarda şəhər (Bakı, Sumqayıt, Abşeron) məktəblərinin şagirdlərinin nəticələri digər bölgələrin şagirdlərin göstəricilərini üstələyir. Bu isə rayonlarda təhsilin və şagirdlərin bilik səviyyəsinin daha aşağı olduğunu göstərir.

 

Monitorinq imtahanlarının nəticələri onu göstərir ki, 2014-cü ildə həm paytaxt Bakının, həm də rayon məktəblərində oxuyan V sinf şagirdlərinin 70-80 faizi mətnin tərkib hissələrini belə, ayıra bilmir. Belə ki, “Mətnin tərkib hissələrini fərqləndirir” alt-standartı üzrə orta səviyyəli tapşırıqlara şəhər məktəblərində təhsil alanların cəmi 11.36 faizi, region məktəblilərinin isə 5.04 faizi cavab verə bilib. Bu rəqəmlərin arxasında gizlənən problemlərin aradan qaldırılması üçün çox ciddi müzakirələrə ehtiyac var. Axı, necə ola bilər ki, V sinif şagirdi mətnin tərkib hissələrini fərqləndirə bilmir?!

 

TQDK-dan icra hakimiyyətlərinə önəmli mesaj

 

Əslində monitorinq imtahanlarının nəticələri təkcə təhsil ictimaiyyəti deyil, yerli və mərkəzi icra hakimiyyəti orqanları üçün ciddi mesajdır. Monitorinq imtahanlarını nəticələrini ciddi şəkildə diqqətdə saxlamalıdır. Çünki hər il qəbul imtahanlarının sonunda məzunların bilik səviyyəsinin aşağı olduğu üzə çıxanda və TQDK bunu elmi-statistik təhlillərlə əsaslananda bu geriləmə ən müxtəlif səbəblərlə izah olunur, bəzən bu məlumatların açıqlanması belə, müsbət qarşılanmır. Xüsusən də Təhsil Nazirliyinin orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu göstərən statistik məlumatlara verdiyi cavab və izahatlar problemin həlli yollarını göstərməyə və qüsurları aradan qaldırmağa deyil, daha çox müdafiə, necə deyərlər, bəraət xarakteri daşıyır. Halbuki istər qəbul imtahanlarının elmi-statistik təhlilləri, istərsə də TQDK-nın son iki ildə keçirdiyi monitorinq yoxlamalarının nəticələri şagirdlərin tədris standartlarını necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir. Məsələn, ötən il riyaziyyat fənni üzrə monitorinq imtahanında iştirak edən VI sinif şagirdlərinin yalnız 28.38 faizi rasional ədədlərin çoxluğuna dair orta səviyyəli tənlikləri həll edə bilib. Mürəkkəblik dərəcəsinə görə çətin səviyyəli bu cür tənlikləri həll edən şagirdlərin sayı isə cəmi 8.14 faiz təşkil edib. “Rasional ədədlər çoxluğunda tənlikləri həll edir” alt-standartına aid şagirdlərə verilən tapşırıqları nəzərdən keçirdikdə məlum olur ki, şəhər məktəblərində təhsil alanların 72 faizə qədəri, əyalət məktəblərində oxuyanların isə 90 faizdən çoxu bu standartları mənimsəməyib. TQDK-nın imtahanlar vasitəsilə üzə çıxardığı bu nəticələr təkcə Təhsil Nazirliyinin yox, həm də hər bir rayonun icra hakimiyyəti orqanlarının – Rayon Təhsil şöbələrinin, Rayon İcra hakimiyyətlərinin necə deyərlər, pasportudur.  

 

Nəhayət, bu imtahanların nəticələri həm də onu göstərir ki, şagirdlərdə hər hansı mətni üzündən oxumaq qabiliyyəti çox aşağı səviyyədədir. Hətta V sinif şagirdləri mətni heca ilə oxuyur. Halbuki V sinifdə bu nəticəni göstərən şagird yenə də sinifdən-sinfə keçirilərək IX sinfə, XI sinfədək gəlir. Deməli, 11 illik orta məktəbi bitirib ali məktəblərə qəbul imtahanlarında iştirak edən belə abituriyentlərin aşağı nəticə göstərməsi, “tələbə” adını qazana bilməməsi heç də təəccüblü deyil. Odur ki, istər şagirdlər və onların valideynləri, istərsə də məktəb rəhbərliyi, Rayon Təhsil Şöbəsi, Rayon İcra Hakimiyyəti monitorinq imtahanlarının nəticələrinə diqqətlə yanaşmalıdır. Çünki monitorinq imtahanlarının nəticələri orta məktəb şagirdlərinin hansı mövzu və suallardan daha çox çətinlik çəkdiyini müəyyənləşdirməkdə əsas köməkçi rolunu oynaya bilir.

 

Dərsliklərdə də qüsurlar var

 

Yeri gəlmişkən, TQDK-nın keçirdiyi monitorinq imtahanları bir tərəfdən şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsinə görə önəmlidirsə, digər tərəfdən təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə (fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklər aparılması, şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi və sair) nail olunması baxımından əhəmiyyətlidir. Bu imtahanların nəticələri V-VI siniflərdə bilik səviyyəsi aşağı olan şagirdlərə öz gələcəyini müəyyənləşdirməkdə bir istiqamət verir. Başqa sözlə, TQDK indidən yoxlama imtahanlarında zəif nəticə göstərən şagirdlərə buraxılış və ali məktəblərə qəbul imtahanlarına qədər bilik səviyyəsini artırmağın yollarını göstərir. 

 

Monitorinq imtahanlarının nəticələrini dərsliklərin monitorinqinin nəticələri ilə müqayisə etdikdə daha maraqlı mənzərə ortaya çıxır. Məlum olur ki, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”ndakı məzmun standartları dərsliklərdə tam şəkildə əhatə olunmur. Məsələn, monitorinq imtahanlarının nəticələrinə əsasən, şagirdlər əməli yazı növlərinə dair tapşırıqları yerinə yetirərkən daha çox çətinlik çəkirlər. Amma nə Azərbaycan dili dərsliyində, nə də müəllimlər üçün metodiki vəsaitdə əməli yazı nümunələri ilə bağlı konkret, əhatəli material və metodiki göstəriş kifayət qədər deyil. Belə olan halda təbii olaraq, şagirdlər həmin mövzunu yarımçıq mənimsəyir və dərsliklərdə yer almayan alt-standartlarda dair suallarla qarşılaşdıqda bu tapşırıqlara cavab verə bilmir. Nəticədə monitorinq qiymətləndirmələri zamanı şagirdin topladığı bal da aşağı düşür.

 

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarında V sinif üçün Azərbaycan dili fənni üzrə 19 alt-standart müəyyən edilib. TQDK isə 2014-cü ildə keçirdiyi monitorinq imtahanlarında yalnız 14 alt-standartdan istifadə edib. Yerdə qalan 5 standart üzrə yoxlama imtahanları keçirilməyib. Çünki həmin alt-standartlara dair mövzular V sinif Azərbaycan dili dərsliyində əhatəli şəkildə verilməyib. Bu isə orta təhsil sistemi ilə bağlı daha bir problemi üzə çıxarmış olur. Məlum olur ki, hazırda orta məktəblərin V siniflərində tədris olunan Azərbaycan dili dərsliyi dövlət standartlarına cavab vermir. Eyni vəziyyət riyaziyyata da aiddir. Belə ki, yenə də eyni səbəb üzündən TQDK monitorinq imtahanlarında Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 34 alt-standart üzrə qiymətləndirmə aparmalı olduğu halda, bu standartların yalnız 29-u monitorinq imtahanlarının tapşırıqlarında əhatə olunub. 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti