15 Fevral, 2020 03:37 xeber – Çinin Hubey əyalətində koronavisusdan ölənlərin sayı yenidən artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.
Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı ümumilikdə 1 457 nəfərə çatıb.
Məlumata görə, əyalətdə koronavirusa yoluxanların ümumi sayı 54 400 nəfəri ötüb.
Virusa yoluxanlardan 4 774 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,53 faizdən 2,67 faizə qalxıb.
mənbə :
Report.az