15 Fevral, 2020 06:42 xeber – Fransanın “Airbus” təyyarə istehsalçısı şirkəti hesab edir ki, ABŞ hökumətinin martın 18-dən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan təyyarələrə rüsumların 15 faizə qədər artırması barədə qərarı bu ölkənin hava yollarına zərər verəcək.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Reuters” şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, qərar qəbul olunanda Amerika aviasiya şirkətlərinin müraciətləri nəzərə alınmayıb: “Nəticədə, ABŞ sərnişinləri qiymət artımını ödəməyə məcbur olacaqlar”
Şirkət ABŞ-ın mövqeyini dəyişdirəcəyinə ümid edib.
mənbə :
Report.az