15 Fevral, 2020 22:39 xeber – Azərbaycan sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində rəqib Polşa təmsilçisi Məhəmmədmurad Hacıyev olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Mustafayev fasilədən sonra da məğlubiyyətdən qurtula bilməyib. Nəticədə 31 yaşlı 0:2 hesabı ilə uduzaraq, ardıcıl ikinci il gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə yeganə finalı və ikinci medalı olub. Daha əvvəl Əli Rəhimzadə (61 kq) bürünc medala yiyələnib.
***21:58
Azərbaycan sərbəst güləşçisi Əli Rəhimzadə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
“Report”un məlumatına görə, 61 kq çəki dərəcəsində yer alan gənc pəhləvan 3-cü yer uğrunda görüşdə Macarıstan təmsilçisi İsmail Musukayevlə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşsa da, Rəhimzadə sonuncu xalı aldığı üçün mükafatçılar sırasına düşüb.
Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə ilk medalıdır.
mənbə :
Report.az