15 Fevral, 2020 23:31 xeber – “Qarabağ”ın futbolçusu Maqaye Qeye Premyer Liqanın XVII turunda “Zirə”ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.
“Report” həmin müsahibəni təqdim edir:
– 6:0 hesablı qələbə qazandınız. Belə hesab gözləyirdiniz?
– Yaxşı hesabdır. Komanda üzərinə düşəni etdi. Danışılası çox da məqam yoxdur.
– Bir qol vurdunuz. Bu, özünəinam üçün önəmli idi?
– Şübhəsiz, istənilən qol adama özünəinam verir. Ümumi vəziyyətimi nəzərə alsaq, müntəzəm oynamaq imkanı qazanmıram, çox qol vurmuram və buna görə də çox önəmli oldu.
– Razısınız ki, Mahir Emreliyə rəqabətdə uduzmusunuz? Bunun səbəbi nədir?
– Son söz sahibi baş məşqçidir. İstənilən halda, onun qərarına hörmətlə yanaşırıq. Bu komandadayam. Nə vaxt ehtiyac duyulsa, kömək edəcəyəm.
– “Qarabağ”da özünüzü tapa bildiniz? Buraya gələndə asan olacağını düşünürdünüz?
– Hücumçudan hər kəs qol gözləyir. Fikrimcə, Türkiyədə yaxşı mövsüm keçirəndən sonra buraya gəlmişəm. Başqa liqadan gəlmişəm. Çempionat fərqi var. Uyğunlaşmaq üçün zamana ehtiyacın olur. İstənilən halda, komandaya kömək etməyə hazıram.
– Yayda “Qarabağ”da qalacaqsınız, yoxsa yeni klub axtarırsınız?
– Burda çox xoşbəxtəm. Klub və komanda yoldaşlarım ürəyimcədir. Heç bir problemim yoxdur. Bir illik müqaviləm qalıb.
– Çempionluq şanslarınızı necə görürsünüz? Artıq “Qarabağ”ı çempion sayanlar var.
– Futbolda necə olacağı bilinmir. Uğursuzluğa da düşə bilərsən. Belə olduqda komandalar səni keçə bilər. Hələ qarşıda oyunlar var və öz işimizi görməliyik.
mənbə :
Report.az