17 Fevral, 2020 05:10 xeber – Ağ Ev ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dir məlumat verib.
Onun sözlərinə görə, Tramp Ərdoğanla Suriya və Liviyanı müzakirə edib.
O, qeyd edib ki, danışıqlar zamanı Tramp Liviyaya davam edən müdaxilənin vəziyyəti daha da ağırlaşdıracağını bildirib. Onun sözlərinə görə, Amerika lideri Türkiyənin Suriyadakı humanitar fəlakətin qarşısını almaq üçün etdiyi səylərə görə Ərdoğana minnətdarlığını bildirib.
D. Tramp ölkəsinin Rusiyanın Bəşşar Əsəd rejiminin vəhşiliklərinə dəstəyinə son qoymaq niyyətini də açıqlayıb. Qeyd olunub ki, Suriya münaqişəsi siyasi yolla həll olunmalıdır.
mənbə :
Report.az