17 Fevral, 2020 19:56 xeber – Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısına daha 8 şəxsi və 2 şirkəti salıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı açıqlamasında bildirilir.
“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, – məlumatda qeyd olunub.
mənbə :
Report.az