17 Fevral, 2020 21:46 xeber – Gədəbəy rayonunda avtomobil qarlı yolda sürüşərək qəzaya uğrayıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı avtomobil yolun qarlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücünün bud sümüyü sınıb və müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılıb.
mənbə :
Report.az