17 Fevral, 2020 23:56 xeber – Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Kərimova Fazilə yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması qoyulub və reanimasiyaya yerləşdirilib.
mənbə :
Report.az