18 Fevral, 2020 04:20 xeber – Çində koronavirusdan ölənlərin sayı artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhyiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı 1868 nəfərə çatıb. Ölkədə 12,5 min nəfər xəstəlikdən sağalaraq xəstəxanalardan evə buraxılıblar.
Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır. Hazırda ölkədə 72 mindən çox insan virusun daşıyıcısıdır.
Çində koronavirus ötən ilin sonlarında yayılıb. Ölkənin hakimiyyət orqanları 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin Xubey əyalətində naməlum pnevmaniyanın yayılması haqqında xəbərdar edib. Mütəxəssislər xəstəliyin yeni koronavirusla yayıldığını müəyyənləşdiriblər. ÜST xəstəliklə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.
mənbə :
Report.az