19 Fevral, 2020 03:37 xeber – Bakıda canavar yerli sakini dişləyib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu yaşadığı evin yaxınlığında canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Ramin Şahbazov
mənbə :
Report.az