20 Fevral, 2020 04:57 xeber – Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın başlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qağacılı kəndində qeydə alınıb.
Yanğın kənd sakini, 1970-ci il təvəllüdlü Xələfov Malik Ələddin oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 320 kv.m olan 6 otaq və bir mətbəxdən ibarət olan evin ikinci mərtəbəsinin tavan hissəsində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın söndürülür və digər ərazilərə keçməsinin qarşısı alınır.
mənbə :
Report.az