20 Fevral, 2020 10:11 xeber – Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölənlərin sayı 11-ə çatıb.
*** 03:13
Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib.
“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib.
Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb.
Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib.
Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib.
Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.
mənbə :
Report.az