21 Fevral, 2020 02:38 xeber – UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
“Report”un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” İngiltərədə İspaniya “Espanyol”unu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” Portuqaliyada “Sportinq”in qonağı olub. Meydan sahibləri 3:1 hesablı ilə qələbə qazanıblar.
İngiltərə klublarından “Arsenal” Yunanıstanda “Olimpiakos”a qalib gəlib – 1:0. “Mançester Yunayted” isə Belçikada “Brügge” ilə heç-heçə edib – 1:1. İtaliya “İnter”i isə səfərdə Bolqarıstanın “Lüdoqorets” komandasından 2:0 hesabı ilə üstün olub.
mənbə :
Report.az