Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
23/02/2020

Talanan milyardlar, məhv edilən MİLYONLUQ TEXNİKA… – Həbs edilən olacaqmı?

Talanan milyardlar, məhv edilən MİLYONLUQ TEXNİKA… – Həbs edilən olacaqmı?




Bu günlərdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı maraqlı məlumat açıqladı. Məlumatdan aydın oldu ki, ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədərki fəaliyyət dövrünün yoxlanması zamanı ciddi nöqsanlar aşkarlanıb.

Musavat.com xəbər verir ki, yoxlama nəticəsində ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin “Aqrolizinq” ASC-nin hesabına, 52,4 min manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib, həmçinin bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11259,4 min manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına göndərilib.
Bu yoxlamalar barədə açıqlama verən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, söhbət korrupsiya və mənimsəmədən getmir: “”Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır. Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar, ümumiyyətlə, alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim”(virtualaz.org)
Beləliklə, məlum olur ki, “Aqrolizinq”də aşkarlanan pozuntular İsmət Abbasovun nazir olduğu dönəmdən qalandır. Qeyd edək ki, İ.Abbasov 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini işləyib. Onun nazir təyinatı cəmiyyətdə, elə KTN-in özündə bir xeyli razılıqla qarşılanmışdı. Xüsusilə KTN-dəki mütəxəssislər elm adamı saydıqları İ.Abbasovun aqrar sahəyə rəhbərliyinin ölkə və elə sahənin özü üçün böyük nailiyyətlər gətirəcəyini düşünürdülər. Lakin 9 illik nazirliyi dövründə İ.Abbasov aqrar sahədə hansısa ciddi irəliləyişə nail olmadı. İllər sonra isə aydın oldu ki, çoxlarının sadə elm adamı kimi tanıdığı, qəbul etdiyi sabiq nazir kreslosundan aqrar sahənin deyil, ailəsinin çiçəklənməsi üçün məharətlə faydalanıb…

İ.Abbasovun maliyyə çiçəklənməsi “Aqrolizinq” ASC-nin 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməsindən sonra başlayıb. Bu ASC uzun illər boyu korrupsiya, dövlət vəsaitlərinin talandığı əsas qurumlardan biri olub. Və bu qurumda aparılan yoxlamalar bir qayda olaraq böyük mənimsəmə və qanunsuzluqların aşkarlanması ilə nəticələnib.

Məsələn, 2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, 2008-2009-cu illərdə qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar geniş yayılıb.

2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri dəyişdikdən, nazir vəzifəsinə Heydər Əsədov gəldikdən sonra “Aqrolizinq” Hesablama Palatası ASC-də ciddi qanunsuzluqlar aşkarlayıb. Qurumda büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa göndərildi.
Məlumat yayıldıqdan az sonra “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, nə Əli Bayramov, nə də onun tabe olduğu İ.Abbasov istintaqa cəlb olunmadı.

İ.Abbasovun nazir olduğu dönəmdə “Aqrolizinq” vasitəsilə həyata keçirilən xərcləmələrin məbləği kifayət qədər böyükdür. Rəsmi məlumatlara əsasən, 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 274,45 milyon manat dəyərində 17304 ədəd kənd təsərrüfatı texnikası alınıb. 156,75 milyon manat dəyərində 11370 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 314 ədəd taxılyığan kombayn, 3991 ədəd traktor, 108 ədəd ekskavator və 6957 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası 6536 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 133,3 milyon manat dəyərində 151 dəst texnoloji avadanlıq, o cümlədən 17 dəst istixana, 19 dəst damcılı suvarma sistemi, 19 dəst quşçuluq və 96 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar, soyuducu kameralar üçün komplektləşdirici məmulatlar alınıb.

Qeyd olunan dövrdə təkcə kənd təsərrüfatı istehsalçıları üçün mineral gübrələrin alınmasına 121,15 milyon manat sərf olunub.

“Aqrolizinq”də mənimsəmə imkanları bunlarla bitmir. Belə ki, 2009-2013-cü illər ərzində Prezidentin Ehtiyat Fondundan ASC-yə ayrılmış 29,8 milyon manat büdcə və Cəmiyyətin 5,85 milyon manat təkrar istifadə vəsaitləri hesabına 35,65 milyon manat dəyərində 10590 baş damazlıq iribuynuzlu və 2120 baş xırdabuynuzlu heyvan alınıb gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılıb.

Bundan əlavə, 2009-cu ildən etibarən “Aqrolizinq” ASC regionlarda logistik gübrə bazaları tikməyə başlayıb. 2012-ci ilədək Şəki, Sabirabad, Cəlilabad, Bərdə, Xaçmaz və Şəmkir rayonlarında belə bazalar tikilib. Buna nə az, nə çox – 15 milyon 294.4 min manat vəsait sərf olunub.

“Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait ile ilgili görsel sonucu

Ümumilikdə, hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi İ.Abbasovun nazir olduğu dövrdə xərclənib. İ.Abbasov bütün bu alqı-satqıları qeyri-şəffaf şəraitdə, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini nəzərə almadan, yaxud formal olaraq nəzərə almaqla həyata keçirib.

Redaksiyamıza daxil olan məlumata görə, İ.Abbasovun vaxtında ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının əhəmiyyətli hissəsi keyfiyyətsiz olduğuna görə tezliklə sıradan çıxıb. Bundan əlavə, lizinq yolu ilə satılmaq üçün gətirilən texnikanın bir qismi “Aqrolizinq”in yerli filialları vasitəsilə işlədilib, əldə olunan gəlir isə rəsmiləşdirilməyərək şəxsi ciblərə axıb. Aydın məsələdir ki, bu vəsaitlərdən nazirliyin rəhbərinə çatmaması şəraitində milyonlarla manatlıq texnikanın sıradan çıxarılması mümkün deyildi. Məhz rəhbərliyin məlumatı və iştirakı ilə ayrı-ayrı şəxslərə guya ki, güzəştli qaydada satıldığı rəsmiləşdirilən texnika əslində rayonlarda fermerlərə pullu xidmətə cəlb olunub, sonda isə “alıcı”nın ödəmə qabiliyyətinin olmadığı əsas gətirilməklə onların “Aqrolizinq”ə “qaytarılması” təmin edilib. Təqdim etdiyimiz fotolarda onlardan Ucarda saxlanılan bir qisminin hazırkı vəziyyətini ayırd etmək elə də çətin deyil.

İ.Abbasovun nazir işlədiyi dövrdə əldə etdiyi gəlirləri onun oğlu Yunis Abbasov biznes qurmağa sərf edib. Məsələn, məlum olub ki, 2018-ci ildə vəzifədən uzaqlaşdırıldığı ərəfədə İ.Abbasov ölkədən nə az, nə çox – 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. Bu pullar İngiltərədə, Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb. 1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soyadlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Y.Abbasov hələ atası nazir olduğu vaxt İngiltərə vətəndaşlığını alıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Y.Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-dən əlavə Y.Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açıb. Şirkət Londonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb. KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini – AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Dövlət Xidmətinin aşkarladığı nöqsanlarla bağlı işi hüquq-mühafizə orqanlarına göndərməsi İ.Abbasovun nazirlik fəaliyyətinin araşdırılması prosesinin başlanğıcı da ola bilər.(“Yeni Müsavat”)















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap -