Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
24/02/2020

Hikmet Haciyev: 'Azerbaycan Prezidentinin İtaliyaya dovlet seferini tarixi sefer adlandira bilerik'

Hikmət Hacıyev: 'Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini tarixi səfər adlandıra bilərik'


24 Fevral, 2020  09:45 xeber – Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin İtaliyaya dövlət səfərinin yekunları ilə bağlı müsahibə verib.

“Report” AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.

– Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərini ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından necə xarakterizə edərdiniz?

– İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb və ölkələrimiz arasında həmin il mayın 2-də diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən əlaqələrimiz davamlı olaraq yüksələn xətlə inkişaf edir. Cənab Prezidentin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var. Bu, Azərbaycan dövləti başçısının İtaliyaya ilk dövlət səfəridir. Əvvəlki illərdə cənab Prezident üçü rəsmi, ikisi isə işgüzar olmaqla beş dəfə İtaliyada səfərdə olub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da 2018-ci ilin iyulunda Azərbaycana ilk rəsmi səfərini edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Eyni zamanda, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun Prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir. Səfər zamanı Azərbaycanın dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərildi. Bunu istər dövlət başçımızın səfərinin təşkilati-protokol aspektlərinin hər bir incəliyinə qədər düşünülmüş olması, istərsə də səfərin proqramının zəngin olmasında müşahidə etmək olar. Səfər çərçivəsində Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü, habelə Nazirlər Şurasının Sədri (Baş Nazir) Cüzeppe Konte, İtaliya parlamenti Senatının və Deputatlar Palatasının sədrləri ilə görüşləri keçirilib.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi. Belə ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz vardır. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb.

İkitərəfli formatda strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, ölkələrimiz çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən çox vacib ölkədir. İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq “Böyük Yeddiliyin”, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan ölkədir.

Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu.

Səfər çərçivəsində digər tədbirlər sırasında İtaliya Prezidentinin Sarayında Prezident İlham Əliyevin şərəfinə verilmiş dövlət ziyafətini, dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il – İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramını, İtaliyanın dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı, Azərbaycan-İtaliya biznes forumunu, Roma şəhər Meriyasına ziyarəti qeyd etmək olar.

Ona görə də bu səfəri mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik.

– Səfər çoxlu sayda ikitərəfli sənədlərin imzalanması ilə səciyyələndi. Bu sənədlərin mahiyyəti nədir və onların ölkələrimiz arasında strateji əməkdaşlığın güclənməsi baxımından əhəmiyyətini necə qiymətləndirmək olar?

– Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir. Onlardan 17-si Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Kontenin iştirakı ilə imzalandı və mübadilə olundu. Digər sənədlər biznes forum çərçivəsində imzalandı.

İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir.

Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk sənəddir. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyur. Belə ki, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar.

Birgə Bəyannamədə Azərbaycan üçün olduqca vacib məqamlar yer alır. Sənədin preambula hissəsində ikitərəfli münasibətlərin əsaslandığı prinsiplər sadalanır ki, bunlar arasında tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Tərəflər beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini vurğulayırlar.

Birgə Bəyannamədə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin birmənalı mövqeyi də əks olunur. Sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.

İtaliya hər zaman münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və onun səyləri hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. İtaliya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və Minsk prosesi çərçivəsində çox fəal olub. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olub. Məhz 1993-cü ildə italyan diplomat Mario Rafaellinin Ağdam şəhərinin işğalından sonra BMT Baş katibinə hazırladığı hesabat əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul olunub.

Sənəddə, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində onların rolu və ölkəmiz üçün digər vacib məqamlar da yer alır. Cənab Prezidentin vurğuladığı kimi, Birgə Bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edə bilər.

Nəticə etibarilə, Azərbaycan və İtaliya siyasi, iqtisadi, ticarət, enerji, mədəni-humanitar və digər sahələrdə strateji tərəfdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək barədə iradələrini ifadə edirlər və bu prosesin irəli aparılması üçün iki ölkə arasında davamlı xarakter daşıyan Strateji Dialoq mexanizmi yaradılır.

– İqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişlənməsinə nə kimi töhfə verir?

– Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi siyasi sahə ilə yanası, digər sahələrdə də intensiv və məzmunlu əməkdaşlıq əlaqələri ilə səciyyələnir. İlk növbədə, ölkələrimiz arasında iqtisadi-ticari sahədə işbirliyi xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.

Enerji sahəsində əməkdaşlığın olduqca yüksək səviyyəsi xüsusilə qeyd olunmalıdır. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanmasından sonra bu rəqəm daha da artacaq. Bu layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına mütləq şəkildə xidmət edəcək.

İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. Qabaqcıl texnoloji yeniliklərə və nou-haulara malik italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb.

Təsadüfi deyil ki, dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Habelə cənab Prezidentin iştirakı ilə hər iki tərəfdən sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edən 100-ə yaxın şirkətin qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirildi. Əvvəlki biznes forum 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barəsində razılıq əldə ediblər. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

Digər ikitərəfli əməkdaşlıq sahələrindən bəhs edərkən mədəni-humanitar sahədə son illər həyata keçirilən uğurlu təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Bildiyiniz kimi, 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub. İtaliyaya səfəri zamanı cənab Prezident və birinci xanım bu abidəni ziyarət etdilər və abidənin önünə gül dəstələri qoydular.

Növbəti mühüm layihə kimi, Romanın mərkəzi hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. Belə mərkəzlər hazırda Paris, Berlin və Vyanada fəaliyyət göstərir. Səfər zamanı cənab Prezident və birinci xanım Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldular.

Humanitar sahəyə gəldikdə, son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıb. Hazırda Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisası tədris olunur və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliyanın iki aparıcı universitetində – Roma Sapienza Universiteti və Venesiya Ka Foskari Universitetində azərbaycanşünaslıq fəaliyyəti çərçivəsində tədqiqatlar, tədris kursları həyata keçirilir. Son illərdə İtaliyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin sayı artaraq 1500 nəfərə çatıb.

Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri, habelə səfər çərçivəsində imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə ikitərəfli sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək.



mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap -