24 Fevral, 2020 12:27 xeber – Gürcüstanın Tkibuli şəhərində mədənçilər tətil elan ediblər.
“Report”un yerli bürosu xəbər verir ki, Dzidziquri adına mədənin işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Mədənçilər ağır şəraitdə çalışdıqlarını və lokomativ zədələndiyindən 6 kilometrlik yolu piyada qət ediklərini deyiblər. Onlar yeni investorun mədəni bağlayacağını iddia edirlər.
Mədənin yeni rəhbərliyi işçilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib.
mənbə :
Report.az